Hikmət Hacıyev: “Oyun bitdi, Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb”

Biz indi gələcək haqqında danışırıq, oyun bitdi. Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin iştirakı ilə Laçında COP29-la əlaqədar təqdimat mərasimində deyib. 

O xatırladıb ki, Azərbaycanın xarici işlər nazirinin sözçüsü olduğu əvvəlki fəaliyyətində Azərbaycanın Laçın rayonunun işğalının 26-cı ildönümündə Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib. 
"Həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Laçın rayonundan olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının təmin edilməsi və münaqişənin ağır nəticələrinin aradan qaldırılması əsas məqsəd kimi qeyd edilirdi.

Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin intensivləşdirilməsini dəstəkləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, vətəndaşların pozulmuş hüquqlarını müdafiə etmək prinsiplərini müdafiə edirdi. İndi biz gələcək haqqında danışırıq, oyun bitdi.

Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib. Ancaq bu dağıntıları görəndə bizdə kədər hissi oyadır", - H.Hacıyev qeyd edib. 

O əlavə edib ki, bununla belə bu gün bütün dünya məcburi köçkünlərin, xüsusən də uşaqların öz evlərinə qayıtmasını, Laçının və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəlişinin şahidi olur:

"Sanki baharın özü Laçında və digər işğal olunmuş ərazilərdə qalan münaqişənin yaralarını sağaltmaq üçün əlavə səylər göstərir. Təbiət bu ecazkar diyarı öz rəngləri ilə mükafatlandırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib. Bu gün biz Azərbaycanın COP29 gündəliyinin başqa bir unikallığı olan sülh quruculuğu prosesində də baş verən iqlim fəaliyyətindən danışacağıq.
Bu, Ermənistan və Azərbaycan arasında sülh quruculuğu prosesi nəticəsində yaranıb. Laçın şəhərinə aparan yol Ermənistan sərhədinə çox yaxındır. Uzaqdan gördüyümüz Həkəri çayının qarşı tərəfində ermənilərə məxsus dirək və bayraqları görürük. Azərbaycan Ermənistanla mülki sərhəd, normal sərhəd qurmaq niyyətindədir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Naxçıvan Ali Məclisinin 2025-ci il payız sessiyası BAŞA ÇATDI - FOTO

Məşhur məşqçi əməliyyat olundu

Məşhur məşqçi əməliyyat olundu

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

B12 vitamini çatışmazlığı: Risk qrupları KİMLƏRDİR?

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

Netanyahu Trampı İrana yenidən zərbə endirməyə razı salmağa çalışır — KİV

Maqnus Karlsen rəqibini QORXUTDU

Maqnus Karlsen rəqibini QORXUTDU

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

Naxçıvan DYP sürücü və piyadalara MÜRACİƏT ETDİ

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

“Fənərbağça” “Milan”ın üzvünü transfer edir

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Daha 5 istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

İspaniya millisinin üzvü ZƏDƏLƏNDİ

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Tramp: “Əgər nüvə proqramını bərpa etməyə cəhd etsə, İranı məhv etməli olacağıq” - VİDEO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Prezidentin ailəsi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan bayram şənliyində - FOTO

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Türkiyə millisinin üzvü ilə bağlı QƏRAR VERİLDİ

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Prezident "Ağ Şəhər"dən paylaşım etdi - VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Tramp: "Putin Bakı ilə İrəvan arasında münaqişəni necə həll etməyimə təəccübləndi" — VİDEO

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

Azərbaycanla Özbəkistan arasında ikitərəfli və regional məsələlər MÜZAKİRƏ EDİLDİ

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

"Bu, mənə görə iki arvad saxlamaq kimi bir şeydir" - VİDEO

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

“Qarabağ”ın futbolçusu məşqçilik kurslarında iştirak edir

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi BƏRPA EDİLDİ

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Qəbələdə DƏHŞƏT: Ağaca kəndirlə bağlanmış meyiti tapıldı

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Flora Kərimova səhhətindən DANIŞDI: “Məni həkimlər ölməyə qoymurlar…” - VİDEO

Xankəndidə bayram konserti keçirildi - FOTO

Xankəndidə bayram konserti keçirildi - FOTO

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Tottenhem" onun maaşını ikiqat ARTIRACAQ

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

End of content

No more pages to load

RADİO