Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü KEÇİRİLİB - FOTO

Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Emoməli Şaripoviç.

Hörmətli qonaqlar.

Sizi Azərbaycan torpağında salamlamağıma şadam. Çox şadam ki, Siz mənim dəvətimi qəbul etdiniz və Azərbaycana dövlət səfərinə gəldiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz Tacikistanda, Azərbaycanda tez-tez görüşürük. Mən ötən il bir neçə dəfə ölkənizə səfər etmişəm, həmçinin Sizin dəvətinizlə Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə toplantısında iştirak etmişəm. Siz, həmçinin ötən il Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın Zirvə toplantısı çərçivəsində ölkəmizdə səfərdə oldunuz.

Beləliklə, yüksək səviyyəli təmaslar müntəzəm xarakter daşıyır və bu gün biz Sizinlə həm ikitərəfli gündəliklə, həm də beynəlxalq, regional problemlərlə bağlı bir çox mühüm məsələlər üzrə məsləhətləşmələri və müzakirələri davam etdirdik. Aydındır ki, dövlət səfərinin xüsusi statusu var və bu, münasibətlərimizin bugünkü yüksək səviyyəsinin təzahürüdür. Həmçinin münasibətlərin inkişafında mühüm mərhələlərdən biri bu gün imzalayacağımız, bununla da münasibətlərimizin səviyyəsini rəsmi şəkildə yüksəldəcəyimiz Strateji Tərəfdaşlıq Bəyannaməsidir.

Hərçənd, qarşılıqlı münasibətlərin tarixinə və xarakterinə nəzər salsaq, onların çoxdan strateji tərəfdaşlıq xarakteri daşıdığını görərik.
Bizim hədəfimiz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyətdir. Bildiyiniz kimi, Sizin səfərinizdən əvvəl biznes-forum olub. Tacikistanın Azərbaycanda Mədəniyyət Günləri keçirilir. Bütün bunlar münasibətlərimizi konkret məzmunla zənginləşdirir. İqtisadi xarakterli bir neçə sənəd imzalanıb. Bu gün nümayəndə heyətlərinin üzvləri ilə müzakirələr çərçivəsində əlaqələrimizə daha çox məzmun əlavə etmək üçün bu gündəliyi ətraflı nəzərdən keçirəcəyik. Çünki ticarət dövriyyəsinin statistik rəqəmləri ilə tanış olduqdan sonra, əlbəttə ki, onların hələlik bizi qane edə biləcəyini deyə bilmərik.

Düşünürəm ki, bizim bu gün Sizinlə, sonra nümayəndə heyətlərinin üzvləri ilə artıq razılığa gəldiyimiz və müzakirə edəcəyimiz məsələlər ticarət dövriyyəsinin artmasına kömək edəcək. Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq. Çünki Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.

Gündəliyimiz kifayət qədər genişdir. Təkcə nümayəndə heyətlərinin tərkibi bizim hansı istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyət göstərdiyimizdən xəbər verir. Əminəm ki, nəticələr də çox yaxşı olacaq və səfər faydalı, həmçinin xoş keçəcək.

Bir daha xoş gəlmisiniz.

x x x

Prezident Emoməli Rəhmon dedi:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu.

Əziz dostlar.

İlk növbədə, hörmətli İlham Heydər oğlu, yüksək diqqətinizə və səmimi qonaqpərvərliyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istəyirəm. Şadam ki, biz qarşılıqlı səfərlər ənənəsini yüksək səviyyədə davam etdiririk. Əminəm ki, bugünkü görüşlərin nəticələri ölkələrimizin əməkdaşlığını yeni inkişaf səviyyəsinə yüksəldəcək. Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir.

Bu gün biz dövlətlərarası münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən tarixi qərar qəbul edəcəyik. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun əsrlərdən bəri davam edən ənənələrinin ruhuna uyğundur. Bu qərarlar müstəqilliyimizin bütün dövründə qarşılıqlı fəaliyyətimizin irəliləməsində əldə olunan uğurları daha da möhkəmləndirir. Bu baxımdan qeyd etmək istərdim ki, bu prosesin başlanğıcını Azərbaycan xalqının Ümummilli Lideri, çox hörmətli Heydər Əlirza oğlu Əliyev qoyub. Əminəm ki, bu gün əldə ediləcək razılaşmalar qardaş xalqlarımızın dərin maraqlarına cavab verəcək və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevriləcək. Sizə təşəkkür edirəm.
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

Şəkidə ev yandı: Xəsarət alanlar var

Şəkidə ev yandı: Xəsarət alanlar var

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Aynur Dadaşovanın evində toy olacaq

Aynur Dadaşovanın evində toy olacaq

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

Saatlıq əməkhaqqı ilə bağlı YENİLİK – İyun ayınadək...

End of content

No more pages to load

RADİO