Milli Məclisdən Lüksemburq Deputatlar Palatasının sədrinin ittihamlarına SƏRT REAKSİYA

Lüksemburqun Deputatlar Palatasının sədri Klod Visler Ermənistana səfəri çərçivəsində mayın 22-də parlamentdə çıxışı zamanı Azərbaycanın ünvanına bir sıra ittihamlar səsləndirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Milli Məclis bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayır və qətiyyətlə etiraz edir:

“Görünən odur ki, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna yanaşmalarında “fransız üslubu”nu davam etdirməkdə həddən artıq həvəsli görünürlər. Belə ki, onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər.
Mövcud reallıqları isə təhrif etmək mümkün deyil. Lüksemburqun Deputatlar Palatasının sədrinə bir sıra faktları xatırladaq: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və Lüksemburqdan dörd dəfə böyük olan əraziləri 30 il ərzində Ermənistanın işğalı altında qalıb. İşğal dövründə 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 8 şəhər və yüzlərlə kənd, saysız-hesabsız tarixi, dini və mədəni abidələr darmadağın edilib və yer üzündən silinib.

Təəssüf ki, özlərini humanitar dəyərlərin və fundamental hüquqların qarantı kimi qələmə verən Lüksemburq parlamenti özünə xas olan davranış tərzini seçib və bütün bu faciəvi hadisələrə - obyektiv reallıqlara münasibətdə biganə qalmağa üstünlük verib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz torpaqlarını işğaldan azad edib, beynəlxalq hüququn norma və prinsiplərini təkbaşına təmin edib. Bu gün Lüksemburqdan dörd dəfə böyük olan ərazilər böyük səylər hesabına bərpa olunur və yenidən qurulur. Məcburi köçkünlər öz doğma torpaqlarına qayıdır.

30 illik işğalın ağır nəticələrinə, törədilmiş dəhşətlərə baxmayaraq, Azərbaycan bu gün həm də regiona uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesinin təşəbbüskarıdır.

Hazırda Azərbaycan-Ermənistan ikitərəfli sülh danışıqlarının müsbət şəkildə davam etdiyi bir məqamda xarici emissarların bu cür çıxışlarının regionda sülh və sabitlik naminə atılmış addım olmadığı hər kəsə məlumdur. Bu müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəlləməyə çalışdığı şübhə doğurmur. Lüksemburq parlamentinə və onun sədrinə öz “dəstəyini” başqa istiqamətlərə yönəltməyi şiddətlə tövsiyə edirik.

Ermənistan tərəfinə isə xatırlatmaq istərdik ki, regiondan kənar üçüncü tərəflərin regionda baş verən proseslərə dair birtərəfli yanaşmalarının, uydurma və yalanlarının alqışlanması və dəstəklənməsi nə sülh prosesinə, nə də etimad quruculuğuna yönəlmiş addımlara fayda gətirmir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

Şəkidə ev yandı: Xəsarət alanlar var

Şəkidə ev yandı: Xəsarət alanlar var

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Aynur Dadaşovanın evində toy olacaq

Aynur Dadaşovanın evində toy olacaq

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

End of content

No more pages to load

RADİO