Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Fərid Mirmufid oğlu Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, 2023-cü ilin dekabrın 9-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Abış oğlu Əliyev vəzifəsindən azad edilərək Belarusda fövqəladə və səlahiyyətli səfir təyin olunub.
Bizim.Media