Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının (ƏMP) Avropa üzrə yeni təyin olunmuş regional direktoru Arnold Kraylhuber ilə görüşüb.

IDEA İctimai Birliyindən Bizim.Media-ya bildiriblər ki, ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin Dayanıqlı İnkişaf məqsədlərindən olan Yer Kürəsində aclığın aradan qaldırılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim dəyişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr aparılıb.

Leyla Əliyeva IDEA İB-nin Azərbaycanda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb.

Bu xüsusda o, son illər Azərbaycanda könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrübə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliyyətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.

ƏMP regional direktoru ilə keçirilən görüşdə IDEA İctimai Birliyinin bu BMT proqramı ilə Azərbaycanda həyata keçirdikləri müxtəlif layihələrə istinad edilib, uğurlu əməkdaşlıq nümunələri kimi canlı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əliyeva xüsusilə qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələr qırılıb, su hövzələri çirkləndirilib, təbii ehtiyatlarımız amansızcasına istismar olunub, nəticədə ölkəmizin ekologiyasına ciddi zərər vurulub.

Bu baxımdan işğala məruz qalmış ərazilərimizdə təbiətin bərpası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın vacibliyi qeyd olunub.

IDEA İB-nin rəhbəri hər iki BMT proqramının nümayəndəsini bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına dəvət edib və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını müzakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

Şəkidə ev yandı: Xəsarət alanlar var

Şəkidə ev yandı: Xəsarət alanlar var

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Aynur Dadaşovanın evində toy olacaq

Aynur Dadaşovanın evində toy olacaq

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

End of content

No more pages to load

RADİO