Azərbaycan və Pakistan arasında Enerji üzrə Birgə İşçi Qrupun ilk iclası keçirilib - FOTO

Energetika Nazirliyində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında Enerji üzrə Birgə İşçi Qrupun onlayn formatda 1-ci iclası keçirilib.

Bizim.Media xəbər verir ki, energetika nazirinin müavini Kamal Abbasovun və Pakistan İslam Respublikasının Energetika Nazirliyinin (Neft Bölməsi) xüsusi katibi Büşra Amanın həmsədrliyi ilə keçirilən iclasda açılış nitqi ilə çıxış edən nazir müavini iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edərək iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib. 

İki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş”in mühüm əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin Enerji üzrə Birgə İşçi Qrupun iki ölkə arasında əlaqələrin inkişafına yeni töhfələr verəcəyini qeyd edib.
Enerji üzrə Birgə İşçi Qrupun Pakistan tərəfindən həmsədri Buşra Aman isə çıxışında iki ölkə arasındakı dostluq münasibətlərinin mühüm əhəmiyyətini vurğulayıb və müxtəlif sahələr üzrə aparılan sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. SOCAR ilə Pakistanın neft-qaz şirkətləri arasında həyata keçirilən əməkdaşlığın daha da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Sonra iclasın gündəliyinə uyğun olaraq iki ölkə arasında enerji əməkdaşlığından irəli gələn məsələlər nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində perspektiv imkanlar barədə müzakirələr aparılıb. Neft-qaz, bərpa olunan enerjisi sahələri ilə bağlı təqdimatlar nümayiş olunub. Pakistan tərəfi Azərbaycanı müvafiq sahələr üzrə layihələrdə iştiraka dəvət edib.

İclasın sonunda onlayn formatda Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında Enerji üzrə Birgə İşçi Qrupun 1-ci iclasının Protokolu imzalanıb.

İclasda Energetika və İqtisadiyyat nazirlikləri, SOCAR, Azərbaycan İnvestisiya Holdinqi və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri, həmçinin Azərbaycanın Pakistandakı və Pakistanın ölkəmizdəki səfirləri iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Azərbaycanın yollarında yeni elektron tərəzilər istismara veriləcək

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

ABŞ-da daha bir QALMAQAL: Hərbçilər məxfi məlumatları rəqqasəyə ötürüb

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

I sinfə qəbulda prioritet məktəblərin SİYAHISI

Şəkidə ev yandı: Xəsarət alanlar var

Şəkidə ev yandı: Xəsarət alanlar var

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Röya Ayxanın oğlu bu ölkədə Universitetə DAXİL OLDU - ÖZƏL

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Özbəkistandan Azərbaycana gətirilən arılarda gənə var? - RƏSMİ AÇIQLAMA

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Əmlakların qeydiyyatı ilə bağlı Əli Əsədovdan QƏRAR

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Bu futbolçu “Karvan-Yevlax”ı TƏRK EDƏCƏK

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

Xarici media subyektlərinin filiallarının ölkəmizdə qeydiyyatı ilə bağlı YENİ TƏLƏB

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

"Ona gələn şərhləri mənə yazsaydılar, küçəyə çıxa bilməzdim"

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Ərəb ölkələri Yaxın Şərqdəki münaqişəyə görə 200 milyard dollar İTİRƏCƏK

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

Qaxda İYRƏNC MƏNZƏRƏ – Un kisəsindən görün nə ÇIXDI – ÖZƏL/VİDEO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

721 nəfərin yaşadığı qəsəbənin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib - FOTO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

"Kəmalə Günəşliyə halallıq vermirəm, qazandığını dərmana VERSİN" - VİDEO

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Ağcabədidə qanuna zidd toy - Bələdiyyə sədrinin bacısı uşaqları evləndi

Aynur Dadaşovanın evində toy olacaq

Aynur Dadaşovanın evində toy olacaq

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Bayram günlərində dəmir yolu ilə daşınan sərnişinlərin SAYI

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

Lavrov: “Dünya siyasətində güc amili kəskin şəkildə artır” - VİDEO

End of content

No more pages to load

RADİO