Ceyhun Bayramov Ukraynanın yeni səfirini QƏBUL EDİB - FOTO

21 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın ölkəmizə yeni təyin olunmuş səfiri Yuriy Husyev ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyevi təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzu edib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlərdə inkişafından məmnun olduqlarını qeyd ediblər.

Ölkəmizin sədrlik etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə məlumat verən nazir Ceyhun Bayramov, COP29-un öz növbəsində əməkdaşlıq gündəliyinə iqlim dəyişikliyi ilə mübarizə məsələsini daxil etməklə, münasibətlərin inkişafına töhfə verə biləcəyini qeyd edib.

Səfir Yuriy Husyev səmimi qəbula görə təşəkkür edib, Azərbaycan və Ukrayna arasında münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Azərbaycan tərəfindən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi dəstək, o cümlədən Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar edilən humanitar yardımlara görə təşəkkür ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

42 yaşında xərçəngin qurbanı oldu

42 yaşında xərçəngin qurbanı oldu

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

İranda daha bir general ÖLDÜRÜLDÜ

İranda daha bir general ÖLDÜRÜLDÜ

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

End of content

No more pages to load

RADİO