Gürcüstan üçün seçim ANI: Aİ yoxsa, dövlət müstəqilliyi?! – TƏHLİL

Gözlənildiyi kimi Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoydu. Bununla belə prezidentin qanunla bağlı dediyi fikirlər xeyli təəccüb doğurur:

“Bu qanun öz mahiyyətinə görə Rusiya qanunudur, Konstitusiyamıza və bütün Avropa standartlarına ziddir və  beləliklə, bizim Avropa yolumuza maneədir. Bu qanun ləğv edilməlidir”.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan Prezidenti "xarici agentlər" haqqında qanuna VETO qoyub


Göründüyü kimi Gürcüstan prezidenti çox kəskin danışıb. Hətta qanunun Rusiyanın təsiri ilə qəbul edildiyini iddia edib. Üstəlik, bu qanunun Gürcüstanın Qərbə inteqrasiyasına ciddi maneə olduğunu dilə gətirib. 

Qanun layihəsinə baxanda deyilənlərin heç bir təsdiqi tapılmır. 

Çünki, “Xarici təsirin şəffaflığı haqqında” qanunun mahiyyəti odur ki, büdcəsinin 20 faizdən çoxunu xaricdən alan təşkilatlar “xarici gücün maraqlarını güdən təşkilat” kimi qeydiyyatdan keçməlidir. Əks halda, cərimə ödənilməlidir. 

Göründüyü kimi qanunda açıq şəkildə yazılıb ki, gəlirlərinin 20 faizi xaricdən formalaşan təşkilatlar dövlət qarşısında hesabat verəcək. Amma o qanunda istisna yoxdur ki, yardım Rusiyadan alınarkən ona toxunulmur. Sadəcə xaricdən alınan bütün yardımlar bundan sonra nəzarətə götürülür. Vəssalam…

Maraqlıdır, ABŞ Konqresi özünün qəbul etdiyi qanunun Gürcüstanda olmasını niyə istəmir?

Anoloji qanun dünyanın əksər ölkələrində, o cümlədən ABŞ və Avropa ölkələrində də qəbul olunub. Amma nədənsə, həm ABŞ, həm də Avropa ölkələri özlərində olan qanunun Gürcüstanda qəbuluna başqa cür baxır. Bunu insan haqlarının pozulması və demokratiyanın məhdudlaşdırılması kimi təqdim edir.

Bu da təsadüfi deyil. Çünki, ABŞ və Avropa dövlətləri Gürcüstanı ekspertlər poliqonuna çevirib. İstənilən layihə Gürcüstandan sınaqdan keçirilir. Bu layihələrsə çoxusu pozucu və təxribat xarakterlidir. 

Məlumdur ki, Qərb digər ölkələrdə öz pozuculuq fəaliyyətlərini vətəndaş cəmiyyətinin nümayəndələri, daha konkret desək QHT-lərin əli ilə həyata keçirirlər.  Təsadüfi deyil ki, Gürcüstanda da 25 mindən artıq QHT var. Bu QHT-lərin 90 faizi Qərbdən maliyyələşir. 

Ona görə də bu gün xarici yardımlar hesabına fəaliyyət göstərən gürcü QHT-ləri qanunun qəbulu ilə barışmırlar. Təbii ki, Qərbin donor təşkilatlarına da yeni qanun sərf eləmir. Ona görə də Qərbin pozucu qüvvələri ilə Gürcüstandakı QHT-lərin maraqları üst-üstə düşür.  Məhz bu səbəbdən Qərb etirazçı QHT-lərini tam gücü ilə dəstəkləyir. 

ABŞ açıq hədəyə keçib…

Xəbər verdiyimiz kimi ABŞ bu qanunun qəbul ediləcəyi təqdirdə Gürcüstana bütün yardımların dayandırılacağını bəyan edib. Bundan başqa ABŞ Konqresi Gürcüstanın “Xarici təsirin şəffaflığı haqqında” qanunun geri götürülməyəcəyi təqdirdə bu ölkəyə Belarus tipli sanksiyalarla hədələyib. 

Ötən günsə ABŞ-dan daha bir hədə mesajı gəldi. Əgər qanun qəbul olunsa, o zaman Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq ediləcək. Təbii ki, Avropa İttifaqı da öz təhdidlərində ABŞ-dan geri qalmır. Bu da təsadüfi deyil. Çünki Qərb region ölkələrindəki agentura şəbəkəsini məhz Tiflisdəki ofislərdən idarə edir. Yeni qanunun qəbulu təkcə Gürcüstandakı Qərbin pul kisəsindən asılı olan QHT-lərin yox, həm də qeyd etdiyimiz regional ofislərin də fəaliyyətinə əngəl yaradacaq. 

Bax, Qərbin narahatlığı bu səbəbdəndir. Yoxsa sadə gücülərin hüquq və azadlıqları Qərbin qətiyyən narahat etmir. Əgər belə bir narahatlıq olsa idi, 20 faiz ərazinin işğalına son qoyulması və Gürcüstanın suveren hüquqlarının bərpası üçün Qərb bu vaxtadək hansısa addımlar atardı. Amma fakt odur ki, Qərbi narahat edən onların pozuculuq fəaliyyətinə qoyulacaq qadağadır. 

Gürcüstan seçim qarşısında…

Hazırda Gürcüstan üçün iki yol var. Ya Gürcüstan “xarici agentlər” haqqında qanunun qəbulunu dayandıracaq və əvvəlki qayda ilə yaşamağa davam edəcək. Ya da, Gürcüstan da Azərbaycandan nümunə götürərək heç bir təşkilata qoşulmaq istəməyərək öz suveren hüquqları uğrunda mübarizə aparacaq.  

Nəzərə alaq ki, Gürcüstanın 20 faiz torpaqlarının işğal altında olmasının tək səbəbi Qərbə inteqrasiya cəhdləridir. Bu gün Gürcüstan Aİ və NATO-ya üzvlük iddiasından əl çəksə və region dövlətlərlə tərəfdaşlığa səy göstərsə, o zaman Gürcüstanın işğal altında olan torpaqları geri qaytarılmasına böyük şanslar yaranacaq.

Təbii ki, bunu  hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyası da yaxşı bilir. Ona görə də hakim partiya ikinci - ərazi bütövlüyü və suveren hüquqların bərpası yolunu seçib. 

Amma hakim partiyanın bu məsələdə nə qədər qətiyyətli olduğunu yaxın günlərdə biləcəyik. Nəzərə alq ki, Prezidenti Salome Zurabişvilinin veto qoyduğu "Xarici təsirin şəffaflığı haqqında" qanunun qüvvəyə minməsi üçün Gürcüstan parlamenti yenidən bir araya gəlməlidir. Əgər parlament üzvlərinin 2/3-si layihəni dəstəkləsə, o zaman qanun prezidentin Fərmanı olmadan da hüquqi qüvvəyə minə bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

42 yaşında xərçəngin qurbanı oldu

42 yaşında xərçəngin qurbanı oldu

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

İranda daha bir general ÖLDÜRÜLDÜ

İranda daha bir general ÖLDÜRÜLDÜ

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

Azərbaycanda quş qripi aşkarlanıb? – AQTA-dan AÇIQLAMA

End of content

No more pages to load

RADİO