Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Latviya Seyminin sədri Dayqa Mierinanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Bizim.Media xəbər verir ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev dövlət başçıları səviyyəsində və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyini qeyd edib. 

Azərbaycan Prezidenti parlamentlərarası əməkdaşlığın önəminə toxunub. 

Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda sülh üçün tarixi imkanlar yaranıb. Azərbaycan Prezidenti Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə toxunaraq, onun hər hansı nəticəyə hasil olmadığını, o zaman ərazilərimizin işğalının davam etdiyini vurğulayıb. Hazırda isə sülh gündəliyinin irəli aparılması üçün çox yaxşı və əlverişli imkanların olduğunu deyən dövlət başçısı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində də ikitərəfli proses çərçivəsində müsbət razılaşmaların əldə olunduğunu qeyd edib. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu münaqişəni həll etdi. Beləliklə, beynəlxalq münasibətlərdə bir münaqişə öz həllini tapıb. Lakin, buna baxmayaraq, təəssüf doğuran haldır ki, dünyada yeni münaqişə ocaqlarının formalaşması baş verməkdədir. 

Dövlət başçısı Dayqa Mierinanın Qarabağa səfərinə də toxunub. 

Latviya Seyminin sədri Qarabağa səfər etmək üçün onlara imkan yaradıldığını deyərək Şuşada və Qarabağın digər yerlərində olduqlarını məmnunluqla vurğulayıb. 

Qonaq ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illik müddəti əhatə etməsinə baxmayaraq, xalqlarımız arasında mədəni əlaqələrin tarixinin daha dərin köklərinin olduğunu deyib. Bu xüsusda o, 100 ildən də əvvəl latviyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xalçalarının kolleksiyasını yaratdığını məmnunluqla xatırlayıb. 

Dayqa Mierina COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, COP29-da iştirak etmək üçün Latviya Prezidentinin də ölkəmizə səfər edəcəyini deyib. 

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əlaqələrdən və qarşılıqlı dəstəkdən məmnunluq bildirilib. Latviyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə görə Azərbaycana bir daha minnətdarlıq ifadə olunub.

Azərbaycan ilə Avropa İttifaqı və NATO arasında əməkdaşlığa Latviyanın göstərdiyi dəstək və ölkəmizin Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinə töhfəsi yüksək qiymətləndirilib. Orta Dəhlizin inkişaf etdirilməsində Azərbaycanın rolu və region dövlətləri ilə birgə fəaliyyəti qeyd olunub. 
Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub, Latviyanın kənd təsərrüfatı sahəsində çox yaxşı təcrübəsinin olduğu bildirilib və bu sahədə Azərbaycan ilə əməkdaşlığa maraq ifadə edilib. 
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

42 yaşında xərçəngin qurbanı oldu

42 yaşında xərçəngin qurbanı oldu

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

108 illik QAN YADDAŞI – Xalqımız soyqırımı qurbanlarının xatirəsini belə yad etdi – VİDEO

İranda daha bir general ÖLDÜRÜLDÜ

İranda daha bir general ÖLDÜRÜLDÜ

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Tatarıstanda zavodda PARTLAYIŞ: 1 ölü, 50-yə yaxın yaralı var – VİDEO

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Bayram günlərində ölkəmizdə baş verən qəzaların SAYI

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Manuel Noyer "Bavariya"nın məşqlərinə qayıtdı

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Yollarda yeni elektron tərəzilər istismara veriləcək

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

Dünyanın ən kobud və ən nəzakətli ölkələri SEÇİLDİ

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

İspaniya XİN başçısı: İran ətrafındakı münaqişənin sonu görünmür

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

Ağ Ev: "Tramp istəyir ki, müharibə xərclərini ərəb ölkələri ödəsin"

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

“Avroviziya” mahnı müsabiqəsinin Asiya versiyası da olacaq

Tiktoker "Miray" həbsdə qaldı

Tiktoker "Miray" həbsdə qaldı

End of content

No more pages to load

RADİO