Bu gün Azərbaycan və İran Araz çayı üzərində "Qız Qalası" hidroqovşağını işə salacaq

Bu gün Araz çayı üzərində inşa edilən “Qız Qalası” və “Xudafərin” su qovşağı və SES-in açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisi də iştirak edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı sosial şəbəkədə yazıb.

O,  bu bəndlərin inşa edilməsi tarixinə nəzər salaraq bildirib:

"Bu bəndlərin inşa edilməsi Azərbaycanın yaxın tarixinin bəlkə də çox az bilinən səhifəsidir. Araz çayı üzərində belə bir layihənin həyata keçirilməsi sazişi 1989-cu ildə imzalansa da, I Qarabağ müharibəsi və torpaqlarımızın işğalı razılaşmanın praktiki müstəvidə icrasına imkan vermədi.

Bakı və Tehran layihənin icrası və inşa ediləcək bəndlərdən – enerji və su resurslarından birgə istifadə ilə bağlı sazişi 2016-cı ildə təsdiq etdilər. Həmin vaxt Qarabağ hələ də işğal altında idi və bunun fonunda Bakının belə bir addımı niyə atması suallar yaradırdı.

Belə görünürdü ki, Azərbaycan işğal altındakı ərazilərə əli çatmasa da, belə bir sazişlə ən azı diplomatik müstəvidə o torpaqların özünə məxsus olduğunu nümayiş etdirir. Hərçənd, bu addım Azərbaycan daxilində hakimiyyətə qarşı ciddi ittihama mövzusuna da çevrilmişdi.
Razılaşmadan ən çox sevinən isə İran və ermənilər idi. Tehran işğal altında olan Arazboyu əraziləri əkin sahəsi kimi istifadə edir və düşünürdü ki, su qovşağı və SES-in inşası başa çatandan sonra işi bir qədər də asanlaşacaq, “müftə məhsul” artacaq. Və bunu Azərbaycanla birlikdə həyata keçirməsini də əlavə qazanc olaraq görürdü. Ermənilər də İranın əkin sahələrindən öz payını alır, layihəyə də “yatırım” olaraq baxırdılar.

Məsələni anlamaq asan deyildi: praktiki olaraq heç nə qazanmadığımız, əksinə, ermənilərin qazanc götürdüyü bu addım niyə atılmışdı? Hər şey təkcə diplomatik müstəvidə “bu ərazilərimiz bizimdir” demək üçün idimi?"

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Prezidentinin hansı gedişi etdiyi, əslində nəyi planlaşdırdığı 2020-ci ildə Vətən müharibəsi zamanı ortaya çıxmışdı:

"44 günlük müharibənin gedişində Azərbaycan ordusunun digər ərazilərlə müqayisədə daha rahat və sürətli hərəkət etdiyi bölgə Arazboyu ərazilər idi. Hətta ermənilər Zəngilanın cəmi 3 “Pikap”la azad edildiyi iddiasını da irəli sürürdü. Bu, şişirdilmiş görünürdü, hərçənd, ordunun bu istiqamətdə daha sürətli irəliləməsi realdır və əməliyyat taktikasına görə mühasirənin yaradılması – Laçın dəhlizinə çıxış da bu istiqamətdən həyata keçirilib.

Bunun səbəblərindən biri Arazboyu ərazilərin minalardan təmizlənmiş olması, yaxud digər ərazilərlə müqayisədə daha az minalanmış olması idi. Hələ işğal dövründə məlumatlar vardı ki, Azərbaycanla Araz çayı üzərində bəndlərin inşa edilməsinə razılaşan İran separatçılardan əkin sahəsi kimi istifadə etdiyi çay boyu ərazilərin minalardan təmizlənməsini tələb edib və işğal olunmuş ərazilərin 10 kilometrlərlə dərinliyinə qədər “təhlükəsiz zona” yaradılıb.

Bu proses məhz “Qız Qalası” və “Xüdafərin” bəndlərinin inşasına başlanmasından – 2016-cı ildə razılaşmadan sonra sürətləndirilib.
44 günlük müharibədə bəlli oldu ki, Azərbaycan 2016-cı ildə bu razılaşma ilə həm də mümkün hərbi əməliyyatlarda ordunun hərəkəti üçün “təhlükəsiz dəhliz” yaradırmış. Hesablama dəqiqliyi ilə baş tutdu. 2016-cı ildə isə İlham Əliyevin niyə bu addımı atdığını təkcə Azərbaycanda yox, elə İranda da, Ermənistanda da anlamırdılar.

Və bu gün İlham Əliyev azad edilmiş ərazilərdə 8 il öncə “təməlini atdığı” bəndlərin açılışını özü edir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

42 yaşında xərçəngin qurbanı oldu

42 yaşında xərçəngin qurbanı oldu

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

End of content

No more pages to load

RADİO