Prezident və Birinci Xanım Zəngilan məscidinin açılışında - YENİLƏNİB/FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.

Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.

İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.

Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.

İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir.

Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. 

Eyni zamanda, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı aşkar edilib.

*** 1524

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 































Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Tarixdə ən bahalı şərab şüşəsi hərracda 812 min dollara satıldı - FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Yaddaşlardan silinməyən QƏTLİAM – 1918-ci ilin bu günündə Qıpçaq kəndində baş verən DƏHŞƏTLƏR – FOTO

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Hegsetdən ETİRAF: “İranda quru qoşunların yerləşdirilməsi variantını istisna etmirik”

Bu seriallar axşam yayımlanmayacaq

Bu seriallar axşam yayımlanmayacaq

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Bu ölkədə benzin KƏSKİN BAHALAŞDI

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Su basan ticarət mərkəzləri qanunsuz tikilib yoxsa sadə vətəndaşın evi?

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Sabahdan Azərbaycanda balıq ovu QADAĞAN EDİLİR

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Naxçıvanın bu ərazilərində işıq olmayacaq

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bayram günlərində zəhərlənənlərin SAYI AÇIQLANDI

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Tramp İranla razılaşmaya hazırdır - ABŞ-ın müdafiə naziri

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Millimizin oyunçuları nə qədər MÜKAFAT ALACAQ?

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Kallasdan Ukraynaya ayrılan 90 milyard avronun taleyi ilə bağlı AÇIQLAMA

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

Bayram günlərində baş verən qəzaların ANBAAN VİDEOSU

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

“Aztelekom”un Sumqayıtda İNTERNET KRİZİSİ

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

Əfsanəvi boksçu Məhəmməd Əlinin 20 milyonluq evi – Yeni sahibi kimdir? – FOTO

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

"Oğlan mənə dedi ki, sənə nifrət edirəm"

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

ADY-dən XƏBƏRDARLIQ - Bu şəxslər 30 manat cərimə olunacaq

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

Çeçen hərbi birləşmələrindən İrana DƏSTƏK: “Müdaxilə üçün hazırıq!”

42 yaşında xərçəngin qurbanı oldu

42 yaşında xərçəngin qurbanı oldu

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

İtaliya Türkiyədən Bayraktar TB3 dronlarını alacaq

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Quba soyqırımı həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı deputatdan AÇIQLAMA – VİDEO

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

Nazirlikdən əhaliyə ÇAĞIRIŞ - Bu tarixlərdə partlayış səsləri eşidiləcək

End of content

No more pages to load

RADİO