Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndidə KEÇİRİLDİ - FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası Xankəndi şəhərində keçirilib.

Bizim.Media xəbər verir ki, iclas iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. 

Qərargah rəhbəri açılış nitqində bildirib ki, Ulu Öndər Xankəndi şəhərinin inkişafına xüsusi diqqət yetirib. Qeyd edilib ki, Xankəndidəki binaların əksəriyyəti, o cümlədən bugünkü iclasın keçirildiyi Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin yerləşdiyi bina da məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə inşa edilib.

Qərargahın rəhbəri Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsində Azərbaycanın tarixi Qələbə qazandığını və ərazi bütövlüyünün və suverenliyinin hərbi-siyasi yolla tam bərpa edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qərargahın rəhbəri bildirib ki, dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş bütün ərazilərdə, o cümlədən lokal antiterror tədbirlərindən sonra suverenliyin bərpa edildiyi ərazilərdə sürətli bərpa-quruculuq işləri davam etdirilir və ilin sonunadək köç qrafikinə uyğun müvafiq yaşayış məntəqələrinə əhalinin geri qayıdışı nəzərdə tutulur.

Dövlətimizin başçısının verdiyi tapşırıqlara uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması istiqamətində çoxşaxəli layihələrin həyata keçirildiyi bildirilib.

Bununla yanaşı, Qərargah rəhbəri qeyd edib ki, görülən kompleks tədbirlər geri qayıdan əhalinin layiqli yaşayış şəraitinin yaradılmasına və rifah halının yüksəldilməsinə xidmət edir.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məşğulluğun və məskunlaşmanın təmin edilməsi, iqtisadi aktivliyin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, kənd təsərrüfatı sahəsində, yaşayış məntəqələrinin yenidən qurulması və bərpası üzrə görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, həmin ərazilərdə sosial infrastrukturun, o cümlədən səhiyyə və təhsil müəssisələrinin tikintisi və işinin təşkilinə dair məlumatlar təqdim edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin fəaliyyəti çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr barədə Prezidentin xüsusi nümayəndəsi çıxış edib.

Qərargahın rəhbəri işğaldan azad olunmuş ərazilərə bu ilin sonunadək 27 yaşayış məntəqəsi üzrə geri qayıdacaq əhalinin sayının ümumilikdə 25 min nəfərdən çox olacağını və növbəti illərdə bu rəqəmin getdikcə artacağını diqqətə çatdıraraq, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlərin keyfiyyətli, vaxtında və əlaqələndirilmiş şəkildə icrasının vacibliyini xüsusi vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrin icrasından irəli gələrək müvafiq tapşırıqlar verilib.

İclasdan sonra Xankəndi və Xocalı şəhərlərində, həmçinin Əsgəran qəsəbəsində müvafiq ərazilərə və bir sıra obyektlərə baxış keçirilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həmin ailələrə birdəfəlik maddi yardım ödənildi

Həmin ailələrə birdəfəlik maddi yardım ödənildi

Elşən “Ağsaqqal”ın qızı ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Elşən “Ağsaqqal”ın qızı ilə bağlı PAYLAŞIM ETDİ - VİDEO

Bayramda EHTİYATLI OLUN – Bu turşulardan zəhərlənə bilərsiniz – FOTO

Bayramda EHTİYATLI OLUN – Bu turşulardan zəhərlənə bilərsiniz – FOTO

Sabah Bakıda atəşfəşanlıq olacaq

Sabah Bakıda atəşfəşanlıq olacaq

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

İranda etirazlar - Mərkəzi Bankın sədri istefa verdi – VİDEO

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Gəncədə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

“Qalatasaray”ın sabiq vitse-prezidenti həbs edildi

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il şənliyi keçirildi – FOTO

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Goranboyda balıqdan zəhərlənən 3 nəfərin sağlamlıq durumu necədir?

Bu gün Azərbaycanda qısa iş günüdür

Bu gün Azərbaycanda qısa iş günüdür

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Bizim.Media yazdı - Problem dərhal həll olundu

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Milli Məclisdə ilin son iclası başladı - Hansı məsələlər müzakirə olunur?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Alovlu AT İLİ – Qazanc, böyük dəyişiklik, yoxsa RİSK?

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən yeniyetmə ilə bağlı QƏRAR VERİLDİ

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Bakıda əməliyyat keçirildi – 3 nəfər TUTULDU

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Təranənin qalıqları 13 il sonra buradan çıxarıldı – VİDEO

Deputatlar bu gün məzuniyyətə çıxır

Deputatlar bu gün məzuniyyətə çıxır

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Bred Pitt özündən 29 yaş kiçik sevgilisi ilə - FOTO/VİDEO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Suriyanın yeni pulları belə olacaq – FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Ölən 3 polisə görə İstanbul və Ankarada əməliyyat keçirildi - 127 nəfər saxlanıldı - FOTO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Saray qəsəbəsində YOL PROBLEMİ – VİDEO

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

Avro bahalaşdı, rus rublu ucuzlaşdı – MƏZƏNNƏ

End of content

No more pages to load

RADİO