Rusiyalı rəsmilərin Ulu Öndərlə bağlı TƏƏSSÜRATLARI – “Onu hər zaman ehtiramla xatırlayırıq”

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. 

Bizim.Media xəbər verir ki, bir sıra rusiyalı rəsmilər mətbuata verdikləri açıqlamalarda Ümummilli liderlə bağlı təəssüratlarını bölüşüblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ulu Öndərin şəxsi həkiminin xatirələri – Heydər Əliyevin ona ilk tapşırığı NƏ OLUB? – VİDEO 


“Heydər Əliyev həyatım boyu nümunə götürdüyüm insan olub” 

Bu fikirləri Rusiya Prezidentinin köməkçisi İqor Levitin deyib. O bildirib ki, Heydər Əliyevlə ilk görüşü BAM-ın şərq hissəsində olub:

“SSRİ-nin siyasi hakimiyyətində Heydər Əliyev əsas simalardan biri idi. Vaxtilə  quruculuğa hökumətdə və Siyasi Büroda Heydər Əliyev cavabdeh idi. Məhz onun iradəsi hesabına SSRİ-nin son dönəmində bir sıra nəhəng layihələr icra olundu. Baxmayaraq ki, çətin idi, problemlər var idi. Lakin buna baxmayaraq, onun strateji düşüncəsi sayəsində bir çox layihələr tamamlandı.

Mən o vaxt dəmiryol vağzalının hərbi komendantı idim. Görüş zamanı Heydər Əliyev tikiləcək kilometrlərdən, kilotonlardan və kublardan daha çox insanların yaşam tərzi ilə maraqlanırdı. İnsanların nə yedikləri, evlərinin isti olub-olmaması, hətta uşaqlarını məktəbə aparmağa imkanlarının olub-olmaması ilə maraqlanırdı. 

Həmişə yaxşı ütülü geyinər, simasında incə təbəssüm, baxışlarında isə qətiyyət vardı. Bu da hər liderdə olmayan nadir xüsusiyyət idi. Ona görə də mən hər zaman Heydər Əliyevlə bağlı ağız dolusu danışıram.

Qeyd edim ki, o, təkcə BAM-ın inşası ilə məşğul olmayıb. Başqa strateji layihələrin də icrasını həyata keçirib. Ona görə də şəxsən mənim üçün Heydər Əliyev həyatım boyu gördüklərimlə, eşitdiklərimlə nümunə götürdüyüm insandır”.

“Heydər Əliyevi ehtiramla xatırlayırıq”

Rusiya Federasiyasının Mədəniyyət naziri Olqa Lyubimova isə bildirib ki, Heydər Əliyev mədəniyyətə, təhsilə dəstək verib, mədəni irsin qorunub saxlanmasına səy göstərirdi:

“Təbii ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin formalaşmasında və inkişafında Heydər Əliyevin rolunu qiymətləndirməmək olmaz. 

Ona görə də ölkələrimiz arasında dialoq kifayət qədər çətin dövrlərdə də mövcud olub və davam edib. Bu, bizim indi məmnuniyyətlə istifadə etdiyimiz, fəxr etmək imkanımız olan və davam etdirməli olduğumuz ənənələrdir. Bu gün mən azərbaycanlı dostlarımız və həmkarlarımızla görüşməkdən məmnunam. Buna görə də biz bu insanın adını ehtiramla xatırlayırıq”.

“Heydər Əliyev Sovet İttifaqının nüfuzlu siyasətçilərindən biri idi” 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə deyib ki, müasirləri onu qətiyyətlə və inamla hərəkət edən, həmişə yenilikləri qəbul edən bir insan kimi xarakterizə edir:

“Heydər Əliyevin adı Rusiyada daim hörmətlə anılır. Mübaliğəsiz Heydər Əliyev Sovet İttifaqının nüfuzlu siyasətçilərindən biri idi. O, şəxsi, işgüzar, peşəkar keyfiyyətləri sayəsində sovet dövlətində ən yüksək və məsul vəzifələrdə çalışaraq ölkənin qarşısında duran mürəkkəb problemləri həll etdi. Mən çox sayda nümunədən yalnız bir misal çəkəcəyəm - Heydər Əliyev Baykal-Amur magistral xəttinin tikintisinə böyük töhfə verib”.

O, öz doğma Azərbaycanına postsovet tarixinin çox keşməkeşli dövründə rəhbərlik edərək, Azərbaycan cəmiyyətini konsolidasiya etməyə, ölkənin dövlət institutlarını gücləndirməyə, gələcək illər üçün onun sosial-iqtisadi inkişaf vektorunu müəyyən etməyə nail oldu. Heydər Əliyev Qafqazda vəziyyətin sabitləşməsində də əsas rol oynayıb. 

Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin inkişafı onun üçün prioritet məsələ idi. O, xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələrinə uyğun olaraq Azərbaycanda rus dilinin və mədəniyyətimizin mövqelərinin - bir çox cəhətdən ortaq mədəniyyətimizin qorunub saxlanmasına və möhkəmlənməsinə öz töhfəsini verib. 
Onun şəxsi səyləri sayəsində Rusiya-Azərbaycan münasibətlərinin və müttəfiqlik qarşılıqlı əlaqələrinin indiki yüksək səviyyəsinin əsası qoyuldu və bu gün onun oğlu İlham Əliyev tərəfindən bu əlaqələr daha da möhkəmləndirilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

SON DƏQİQƏ: Binəqədidə partlayış baş verib, xəsarət alan var - VİDEO

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdi

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Azərbaycana xəyanət edən "alim"in əsl siması: İqbal Əbilovun arxasında kimlər dayanır? - VİDEO

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

Ayaz Salayev: “Orada Şəfiqə Məmmədovadan başqa namizəd yoxdur” - ÖZƏL

“Mən İranı məhv etdim” - Tramp

“Mən İranı məhv etdim” - Tramp

End of content

No more pages to load

RADİO