“Heydər Əliyev milli köklərə bağlı sülhpərvər tarixi şəxsiyyətdir” — ATXƏM sədri

Lider qüdrətli, əzəmətli, şöhrətli və istedadlı olması ilə yanaşı, cəmiyyətin davranışını, fəaliyyətini müəyyən zaman və şərtlər daxilində dəyişdirmək və istiqamətləndirmək qabiliyyətiinə malik olan və cəmiyyətə rəhbərlik edən şəxsdir.  

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, 1923-cü il mayın 10-da dünyaya göz açan və Azərbaycanın adını bütün dünyaya tanıdan, Azərbaycanın dünya siyasətində söz sahibi olmasının memarı, ümummilli lider, Ulu Öndər Heydər Əliyev bütün bu keyfiyyətlərə malik şəxsiyyətdir. 

Xalqımız ölkənin sosial, mədəni, iqtisadi çətinliklər yaşadığı ən çətin şəraitdə Heydər Əliyevin hakimiyyətdə olmasını istədi və bu da onun Azərbaycan xalqı tərəfindən nə qədər sevildiyinin göstərir.

Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və ölkəmizin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.

Adını türk xalqının mühüm liderləri sırasında hallandıran Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycanın deyil, Türkiyənin də prioritetlərinin dünya gündəmində saxlanmasında xidmətləri əvəzolunmazdır. Ulu Öndərin bir çox ölkələrdə layiq görüldüyü saysız hesabsız mükafatlar, medallar və fəxri adlar arasında 1999-cu ildə Türkiyə Dövləti tərəfindən təqdim edilən "Atatürk Sülh Medalı" da olmuşdur.

1990-cı illərdə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycanda baş verən hadisələr, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi ərəfəsində, Azərbaycan xalqının yeganə lider kimi gördüyü və meydanları dolduraraq adını yorulmadan səsləndirdiyi Heydər Əliyev millətinin çağırışına səs verdi və çox qısa müddətdə ölkədə vəziyyəti təcrübəli dövlət başçısı kimi sabitləşdirdi, Azərbaycanı məhv olmaq, xarici dairələrin nəzarəti, istilası altına düşmək təhlükəsindən xilas etdi. Bütün bunlarla bağlı arxivlərdə xeyli sənədlər var, lakin millət sevgisi, xalqa hörmət, sarsılmaz inam sənəd tələb etmir. Liderlərin xalqına qoyub getdiyi ən yaxşı miras, özlərindən sonra cəmiyyətlərinə əmanət etdikləri dəyərlərdir.

Heydər Əliyev milli köklərə möhkəm bağlı, regional siyasətdə sülhə söykənən tarixi bir şəxsiyyətdir. Azərbaycanın bir çox problemlərinin, xüsusən də vaxtilə Ermənistanın işğalı altında olan torpaqlarımızın Qərb mətbuatında Azərbaycan prizmasından ədalətli işıqlandırılması Heydər Əliyev siyasətinin nəticələri idi.  

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün davamçısı olduğuna və atasından aldığı irsi ən yaxşı şəkildə qoruyacağına inanan xalq 2003-cü ildə keçirilən seçkilərdə cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.
Şərq dünyasında ilk demokratik dövlət kimi 1918-1920-ci illər arasında mövcud olmuş Azərbaycan Respublikasının bütün ənənələrini öz idarəçilik fəaliyyətində davam etdirən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə ona Allahdan rəhmət diləyir, xatirəsini yüksək ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik. Ruhu şad olsun! 


İlham İsmayılov 

Azərbaycanlıların və digər Türkdilli Xalqaların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

End of content

No more pages to load

RADİO