Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edib - FOTO

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən illik iclası çərçivəsində “Biznes və insan hüquqları: Milli insan hüquqları təsisatlarının rolu və təcrübələri” mövzusunda tematik sessiyada iştirak edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sessiyada çıxışı zamanı S.Əliyeva biznes və insan hüquqları sahəsində həyata keçirdiyi fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib, bu sahədə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlığın mövcud olduğunu diqqətə çatdırıb. 

Eyni zamanda, müvafiq sahədə milli qiymətləndirmə sənədinin cari il hazırlanaraq BMTİP-yə təqdim edildiyi və bu istiqamətdə bir sıra görüşlərin keçirildiyi qeyd olunub.

Müvəkkil BMT tərəfindən qəbul edilmiş “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası üzrə aparılan işlərdən də bəhs edib.

S.Əliyeva, həmçinin Azərbaycanda müvafiq sahə ilə bağlı perspektivlərin və müsbət təcrübələrin öyrənilməsi məqsədilə geniş məsləhətləşmələrin, müzakirələrinin həyata keçirildiyini, bu sahədə insan hüquqlarının təşviqi və müdafiəsi istiqamətində təşəbbüslərin davam etdirildiyini bildirib.

Sessiya çərçivəsində biznes fəaliyyəti üzrə insan hüquqları ilə bağlı mövcud tendensiyalar və çağırışlar müzakirə edilib, milli insan hüquqları təsisatlarının bu istiqamətdə müsbət təcrübələri barədə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində S.Əliyeva BMT-nin İnkişaf Proqramının biznes və insan hüquqları üzrə qlobal rəhbəri Livio Sarandrea ilə görüşüb. Görüşdə biznes və insan hüquqları sahəsində milli qiymətləndirmə sənədi ilə əlaqədar müzakirələr aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

End of content

No more pages to load

RADİO