Baydenin ABŞ-ı “diriltmək” cəhdləri - Təkqütblü dünyaya keçid

ABŞ prezidenti Co Bayden son günlərdə qondarma erməni soyqırımını tanıyan ikinci ABŞ prezidenti olması ilə gündəmə gəldi. Bu baxımdan Bayden administrasiyasının regional güclərə qarşı mənimsədiyi strategiya xüsusilə diqqət çəkir. 

Bayden bu vaxta qədər ardıcıl olaraq İran, Rusiya və nəhayət Türkiyə ilə problemlər yaşayıb.

İran sanksiyaların yumşaldılmasını gözlədiyi bir anda Bayden daha sərt sanksiyalarla İranı sıxışdırmağa başladı. Digər tərəfdən isə gözlənilməz bir şəkildə Fransa vasitəsilə İranla danışıqlar masasına oturmağa hazır olduğunu bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Baydenin “bir kəlməsi”nə neçə milyard itirdi? – Müqayisəli AÇIQLAMA


İkinci olaraq Baydenlə dil tapmağı düşünən Rusiya sərt sanksiyaları ilə üzləşdi, dərhal sonra isə Bayden Putini iqlim konfransında görüşə dəvət etdi. Nəhayət Türkiyə qondarma soyqırım məsələsi ilə Baydenin ciddi təzyiqinə məruz qaldı. Bayden açıq aşkar şəkildə soyqırımı tanıdı və ardınca isə Türkiyə lideri Ərdoğan-la NATO-zirvəsində görüş barəsində razılığa gəldiyini açıqladı.

Baydenin sərt diplomatik dili nədən xəbər verir?

Baş verən hər 3 hadisədə Bayden administrasiyasının oxşar diplomatik üsullardan istifadə etməsi diqqət çəkir. Sərt zərbə və daha sonra yumşaq görüş təklifi.

İran, Rusiya və Türkiyə ilə yaşanan problemlər Baydenin dövründə yaranmış problemlər deyil, əksinə yetəri qədər köklü problemlərdir. Bir neçə ABŞ prezidenti İran, Rusiya və Türkiyə ilə oxşar porblemləri yaşayıblar. Lakin Baydendən fərqli olaraq heç bir ABŞ prezidenti problemlərin bu cür həll etməyə çalışmayıb.  

Səbəb çox sadədir. Çünki Baydenə qədər keçən 20 ilə yaxın dövür ABŞ-ın dünya ağallığını itirməsi və çoxqütblü dünya nizamının yaranması ilə xarakterik idi. Qəribə şəkildə İranın nüvə proqramı, Rusiyaya qarşı sanksiyalar və Türkiyənin qondarma soyqırım məsələsi bu üç ölkə ilə ABŞ arasında açıq kanallar idi.

ABŞ-ın hər dəfə soyqırım deməkdən geri çəkilməsi, İranı ram etməyə çalışması, Rusiyaya qarşı təmkinli davranışı məhz çoxqütblü dünya nizamının şərtləndirdiyi səbəblər idi. Nəticədə ABŞ regional qazanclar naminə rəqiblərinin güclənməsinə şərait yaratmış olurdu. 

ABŞ -ın “üçüncü şans”-ı olacaqmı?

“Regional rəqiblər ABŞ-ın bu yanaşmasından yetəri qədər faydalanmış və bu illər ərzində ciddi yüksəliş yaşayıblar. Lakin bu yüksəliş reallıqdan daha çox ABŞ-ın fərqli regionlardakı mövqelərinin zəifləməsi nəticəsində yaranan illuziyadır. Əslində nə Rusiya o qədər güclü deyil, nə İran, nə də Türkiyə.
 

Əsas məsələ ABŞ-ın meydanı boş buraxmasıdır” - Bayden administrasiyasının baxışı məhz bu cürdür. Hələ Bayden yeni prezident seçildiyi günlərdə “ABŞ bu günə qədər müdafiə etdiyi dəyərlərdən uzaqlaşıb” dediyində məhz bunu nəzərdə tuturdu.


İndi isə Bayden administrasiyası yenidən təkqütblü dünya nizamına qayıtmağı hədəfləyir. Bu yolda regional rəqiblərin tək-tək ram edilməsi istiqamətində iş aparır.

ABŞ-ın İran, Rusiya və Türkiyə ilə bərabər şərtlərdə olmadığı kobud formada göstərməyə çalışır. “ABŞ istədiyini edə bilər, amma bu dövlətlər yenə də onunla hesablaşmağa məcburdur” - Baydenin diplomatik dili çox sərtdir. “ABŞ Rus diplomatlarını heç bir səbəb olmadan və cavab zərbəsindən qorxmadan qova bilər, İranın nüvə proqramından çəkinmədən sərt sanksiyalar verə bilər, qondarma soyqırımı tanıya bilər. Bütün bunlarla yanaşı bu dövlətlər ABŞ-la hesablaşmalıdırlar”. Bu obraz həm də bizə XX əsrin 70-80-ci illərindən tanış olan ABŞ-ın obrazıdır.

Məşhur yəhudi siyasi analitik Bzejinski 2000-ci illərdə ABŞ-ın dünya hegemonluğuna nail olmaq üçün iki şansı olduğunu, ancaq bunları itirdiyini yazırdı. Lakin görünən odur ki, ABŞ şanslarını itirsə də arzularını hələ də itirməyib. 

Dünya siyasətinin doğum sancıları

Təbii ki, ABŞ-ın təkqütblü dünyaya keçid istəyi müqavimətlə qarşılaşacaq. Nə Rusiya, nə İran, nə Türkiyə, nə də Çin son 20 ildə əldə etdiyi gücü itirmək istəmir. Heç bir dövlətə də ABŞ-ın yenidən dünya hegemoniyası qurması sərf etmir.

Bu dövlətlərin bir neçə gün ərzində ABŞ-la hesablaşacağını düşünmək də sadəlöhvlük olardı. Mübarizənin hələ bir müddət də davam edəcəyi aydındır. Əsas sual isə bu yanaşmanın ABŞ-ın strateji yanaşması, yoxsa Bayden administrasiyası və neokonların diriltməyə çalışdığı “XX əsr” illuziyası olduğudur.
 

Diqqət çəkən digər məqam isə bu yeni keçid dönəmində Azərbaycanın yeridir. Hər zaman balanslı xarici siyasət yeritməyi hədəfləyən, ABŞ və Rusiya arasındakı Cənubi Qafqazdakı rəqabətdən faydalanan Azərbaycan üçün yeni nizamın nəticələri də olduqca maraqlıdır.


Balanslı xarici siyasət çoxqütblü dünya nizamında işə yarayan fenomen idi. Ancaq təkqütblü dünyaya keçid etməyə çalışan bir ABŞ Azərbaycan üçün də yeni xarici siyasət strategiyasını şərtləndirəcək. 

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda 7000-dən çox araq saxta çıxdı - FOTO

Azərbaycanda 7000-dən çox araq saxta çıxdı - FOTO

Su polisi Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var - VİDEO

Su polisi Bibiheybətdə əməliyyat keçirdi: Saxlanılan var - VİDEO

Şamaxının mərkəzində keçilməz yollar -VİDEO

Şamaxının mərkəzində keçilməz yollar -VİDEO

Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

Zelenski ABŞ və Avropa İttifaqı ilə razılığa GƏLDİ – Ukraynaya hansı zəmanətlər VERİLƏCƏK?

Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Metro və avtobuslarda ödənişlər belə olacaq - VACİB AÇIQLAMA

Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Sumqayıtda yeniyetmə bıçaqlandı - Həmyaşıdı saxlanıldı

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Vəkili təhqir edən jurnalistə bu cəza verildi

Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir

Dünyanın ən qısa kitabı: 6 sözdən ibarətdir

FİFA ilin ən yaxşı futbolçusunu ELAN ETDİ

FİFA ilin ən yaxşı futbolçusunu ELAN ETDİ

"Bitcoin"in SON qiyməti - FOTO

"Bitcoin"in SON qiyməti - FOTO

Bu ölkələr Ukraynaya maliyyə və silah yardımı göstərəcək – SİYAHI

Bu ölkələr Ukraynaya maliyyə və silah yardımı göstərəcək – SİYAHI

2026-cı ildə bəxti maqnit kimi çəkən 3 bürc

2026-cı ildə bəxti maqnit kimi çəkən 3 bürc

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

Ötən gecə Rusiya səmasında 94 PUA vuruldu – VİDEO

Ötən gecə Rusiya səmasında 94 PUA vuruldu – VİDEO

“TƏBİB-ə işə düzəldəcəm” deyərək 12 min manatlıq dələduzluq etdi – QƏRAR

“TƏBİB-ə işə düzəldəcəm” deyərək 12 min manatlıq dələduzluq etdi – QƏRAR

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-da qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Riskli peşədə XANIMLAR - ANAMA-da neçə minaaxtaran qadın ÇALIŞIR?

Riskli peşədə XANIMLAR - ANAMA-da neçə minaaxtaran qadın ÇALIŞIR?

Gümüşün qiymətində tarixi maksimum: 66.175 dollar

Gümüşün qiymətində tarixi maksimum: 66.175 dollar

Makqreqor 17 il sonra onunla evləndi

Makqreqor 17 il sonra onunla evləndi

Çayxananın qarşısında həmyerlisini güllələyən şəxsə HÖKM OXUNDU

Çayxananın qarşısında həmyerlisini güllələyən şəxsə HÖKM OXUNDU

MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

MƏZƏNNƏ: Avro ucuzlaşdı, rus rublu bahalaşdı

Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO

Mətanət İsgəndərlinin keçmiş gəlini qəbir daşlarının hasarına zərər yetirdi - VİDEO

Qazaxıstanda sərnişin təyyarəsi HƏYƏCAN SİQNALI verdi - Salonda tüstülənmə

Qazaxıstanda sərnişin təyyarəsi HƏYƏCAN SİQNALI verdi - Salonda tüstülənmə

7 ölkə vətəndaşları ABŞ-a gedə bilməyəcək – STOP qoyuldu

7 ölkə vətəndaşları ABŞ-a gedə bilməyəcək – STOP qoyuldu

End of content

No more pages to load

RADİO