Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenasında - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də Milli Gimnastika Arenası ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva Arenada yaradılan şərait barədə Bolqarıstan Prezidentinə və xanımına məlumat veriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO


Bildirilib ki, 9600 tamaşaçı üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir.

Arenada gimnastların beynəlxalq yarışlara müntəzəm hazırlıq prosesi aparılır. Buradakı gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur.

Kompleksdə, həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də yaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, yerli idmançıların hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur.

Burada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.
Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.

Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərlə yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının gimnastika yarışları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı bu möhtəşəm arenada təşkil olunub.

Komplekslə tanışlıqdan sonra Bolqarıstan Prezidenti və birinci xanımı bədii gimnastların nümunəvi çıxışlarına baxıblar.

Daha sonra Prezident Rumen Radev və birinci xanım Desislava Radeva Azərbaycanda fəaliyyət göstərən bolqarıstanlı idmançı və idman xadimləri ilə görüşüblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Türkiyə TARİXİNDƏ İLK: 20 milyardlıq kibercinayətkarlıq əməliyyatı…

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

Klub borcları ödəmədi, transfer qadağası ilə ÜZLƏŞDİ

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

"Teleqram"da başqasının adıyla yazanlar ifşa olunacaq - YENİLİK

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Ağlamaq hansı hallarda kömək edir və ya əhvalı daha da korlayır - ARAŞDIRMA

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Pezeşkian normallaşmanın əsas şərtini AÇIQLADI

Lukaku heyətdən kənarlaşıdırılır

Lukaku heyətdən kənarlaşıdırılır

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah bəzi ərazilərdə QAZ OLMAYACAQ

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

“Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır” - Xalq artisti

End of content

No more pages to load

RADİO