Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirildi – FOTO/VİDEO

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib. 

Bizim.Media xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib: 

- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz. 

Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik. 

Cənab Prezidentlə görüşümüzdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və əlbəttə ki, əsas diqqəti yeni nəticələr əldə olunmasına yönəltdik. Bilirəm ki, nümayəndə heyətlərinin üzvləri artıq təmasda olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən də çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq.

İqtisadi, enerji, nəqliyyat sektorları - hamısı çox yaxşı səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir. 

Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək. Beləliklə, cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. 

x x x 

Prezident Rumen Radev çıxış edərək deyib: 

- Cənab Prezident, əziz dostum İlham Əliyev, ənənəvi səmimi qonaqpərvəliyinizə görə təşəkkür edirəm. Bildiyimiz kimi, bu, son iki ildə bizim dördüncü görüşümüzdür və bu, çox yaxşı haldır. Çünki yüksək səviyyəli siyasi təmaslar bizim qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır. Biz enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq. Son iki il ərzində biz çoxlu işlər görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memorandumu əsasən həyata keçirilir. 

Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik.

Bu, Qafqaz və Qara dəniz regionun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır. Çoxlu yeni fürsətlər var. Çox şadam ki, bizi geniş tərkibdə biznes nümayəndə heyəti müşayiət edir və biz müəyyən vacib layihələr üzərində işləməyə davam edirik. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kişi dəm qazından BOĞULDU

Bakıda kişi dəm qazından BOĞULDU

Ölkədə qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI

Ölkədə qaz limitini keçən abonentlərin sayı AÇIQLANDI

Rusiyanın bu aeroportunda 50-dən çox reys təxirə salındı

Rusiyanın bu aeroportunda 50-dən çox reys təxirə salındı

Yanvar ayının HAVA PROQNOZU

Yanvar ayının HAVA PROQNOZU

Emil Mustafayev “Sumqayıt”a nə vaxt qoşulacaq?

Emil Mustafayev “Sumqayıt”a nə vaxt qoşulacaq?

DTX-də başlanılan cinayət işi başa çatdı – AĞIR CƏZA

DTX-də başlanılan cinayət işi başa çatdı – AĞIR CƏZA

Brilliant Dadaşova: “Oğluma qız axtarıram” - VİDEO

Brilliant Dadaşova: “Oğluma qız axtarıram” - VİDEO

Azərbaycanda 5 dərmanın qiyməti aşağı salındı

Azərbaycanda 5 dərmanın qiyməti aşağı salındı

Məşhur Türkiyə serialının aktyorları Mardində çıxılmaz vəziyyətdə qaldılar – FOTO

Məşhur Türkiyə serialının aktyorları Mardində çıxılmaz vəziyyətdə qaldılar – FOTO

İşğaldan azad edilmiş ərazilərdə yaşayan sakinlərə elektrik enerjisi ilə bağlı ŞAD XƏBƏR

İşğaldan azad edilmiş ərazilərdə yaşayan sakinlərə elektrik enerjisi ilə bağlı ŞAD XƏBƏR

Sabit qaz və elektrik enerjisi üzrə tarif müəyyənləşdi

Sabit qaz və elektrik enerjisi üzrə tarif müəyyənləşdi

İşdən çıxarılan icra başçısı 12 il azadlıqdan məhrum edilə bilər

İşdən çıxarılan icra başçısı 12 il azadlıqdan məhrum edilə bilər

SON DƏQİQƏ: Aİ-92 markalı benzinin və dizelin qiyməti bahalaşdı

SON DƏQİQƏ: Aİ-92 markalı benzinin və dizelin qiyməti bahalaşdı

Benzin ixracında yeni mərhələ - “Aİ 95” beynəlxalq bazarda - FOTO

Benzin ixracında yeni mərhələ - “Aİ 95” beynəlxalq bazarda - FOTO

Sərnişin taksi sürücüsünün pulunu oğurladı

Sərnişin taksi sürücüsünün pulunu oğurladı

Röyanın icra başçısı ilə bu şəkli tənqid olundu – FOTO

Röyanın icra başçısı ilə bu şəkli tənqid olundu – FOTO

İşdən çıxarılan icra başçısını bu şəxs əvəz edir - FOTO

İşdən çıxarılan icra başçısını bu şəxs əvəz edir - FOTO

Rusiya ordusu Ukraynada 2 yaşayış məntəqəsini İŞĞAL ETDİ

Rusiya ordusu Ukraynada 2 yaşayış məntəqəsini İŞĞAL ETDİ

Azərbaycan və Türkiyə gəmiləri toqquşdu

Azərbaycan və Türkiyə gəmiləri toqquşdu

“Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ

“Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ

2026-cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

2026-cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

Laçının Bəylik kəndində yeni beton kanal və istinad divarı tikiləcək

Laçının Bəylik kəndində yeni beton kanal və istinad divarı tikiləcək

Röya efirdə AĞLADI: “Mən də onu saxlaya bilmədim…” - VİDEO

Röya efirdə AĞLADI: “Mən də onu saxlaya bilmədim…” - VİDEO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunan Yeni il şənliyindən paylaşım etdi – FOTO

Alyona Əliyeva uşaqlar üçün təşkil olunan Yeni il şənliyindən paylaşım etdi – FOTO

End of content

No more pages to load

RADİO