Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Moldova Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakotla görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. 

O, təsisatın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini bildirib, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə, o cümlədən Moldova ombudsmanı ilə sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki ölkənin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə əməkdaşlıq fəaliyyətinin davam etdirildiyini deyib.
Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu, azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinin, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib. Lakin həmin ərazilərdə işğal dövründə basdırılmış minaların görülən işlərə maneə törətdiyi, eləcə də mülki şəxslərin həyat və sağlamlığına təhdid yaratdığı diqqətə çatdırılıb.

Ombudsman cari ildə ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Moldova Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakot öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin Azərbaycanla Moldova arasında insan hüquqları sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ucarda 14 nəfər zəhərləndi

Ucarda 14 nəfər zəhərləndi

Leyla Əliyevadan oğlu ilə bağlı paylaşım – FOTO

Leyla Əliyevadan oğlu ilə bağlı paylaşım – FOTO

Məmməd Alpay da məhkəmə qarşısına ÇIXACAQ

Məmməd Alpay da məhkəmə qarşısına ÇIXACAQ

Ukrayna ordusu Rusiyaya PUA-larla hücum etdi - Ölən və yaralananlar var

Ukrayna ordusu Rusiyaya PUA-larla hücum etdi - Ölən və yaralananlar var

İsmayıl Vəliyev azadlığa buraxıldı

İsmayıl Vəliyev azadlığa buraxıldı

Sevinc Osmanqızının məhkəmə istintaqı başladı

Sevinc Osmanqızının məhkəmə istintaqı başladı

Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

Prezident Energetika Nazirliyinə yeni səlahiyyət verdi

Pirotexniki vasitələr satan şəxs TUTULDU – VİDEO

Pirotexniki vasitələr satan şəxs TUTULDU – VİDEO

Bu agentliyin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

Bu agentliyin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi

Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək - DETALLAR

Bakıda taksi sürücüsü 80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək - DETALLAR

Həsən Zeynalova orden verildi

Həsən Zeynalova orden verildi

Keçmiş iş yerindən kompüter və televizor oğurladı

Keçmiş iş yerindən kompüter və televizor oğurladı

Prezidentdən Rasim Musabəyovla bağlı SƏRƏNCAM

Prezidentdən Rasim Musabəyovla bağlı SƏRƏNCAM

Bu ölkədə LGBT-nin təbliğatı qadağan olundu

Bu ölkədə LGBT-nin təbliğatı qadağan olundu

Bakı və bölgələrdə külək güclənir - FAKTİKİ HAVA

Bakı və bölgələrdə külək güclənir - FAKTİKİ HAVA

Elektrik enerjisi və qazla bağlı tətbiq olunacaq birmanatlıq SABİT TARİF nədir?

Elektrik enerjisi və qazla bağlı tətbiq olunacaq birmanatlıq SABİT TARİF nədir?

Rumıniyada "SOCAR"ın 3 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi – FOTO

Rumıniyada "SOCAR"ın 3 yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi – FOTO

Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu

Birbank-la ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi uğurla baş tutdu

Yerə düşən düyü dənəsi niyə günah sayılır? – Mövhumat, etika, yoxsa...

Yerə düşən düyü dənəsi niyə günah sayılır? – Mövhumat, etika, yoxsa...

Nəfəs eks-ərindən DANIŞDI: “7 ilimi həsr etdim, nə qədrimi bildi?!” - VİDEO

Nəfəs eks-ərindən DANIŞDI: “7 ilimi həsr etdim, nə qədrimi bildi?!” - VİDEO

Bu il Bakıda neçə şagird yerdəyişmə edib?

Bu il Bakıda neçə şagird yerdəyişmə edib?

Bu il Azərbaycan qızıl satışından 300 milyon dollar qazanıb

Bu il Azərbaycan qızıl satışından 300 milyon dollar qazanıb

End of content

No more pages to load

RADİO