Böyük güclərin TOQQUŞMA MEYDANI – Gürcüstan vətəndaş qarşıdurmasına sürüklənir?

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu ikinci oxunuşda təsdiqləyib. Məlumata görə, hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin lehinə 83, əleyhinə 23 deputat səs verib. 

Ölkənin hakim “Gürcü arzusu” partiyasını təmsil edən baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, qanun layihəsinin üçüncü oxunuşunun səsverməsi iki həftədən sonra keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanda etirazlar DAVAM EDİR: Parlament qarşısında siyasi çıxışlar olacaq - VİDEO 


Göründüyü kimi hakim partiya etirazlardan narahat olmasına baxmayaraq, “xarici agentlər haqqında” qanunu qəbul etmək niyyətindədir.

İclasın davam etdiyi saatlarda və daha sonra parlament binası qarşısına toplaşan aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulundan imtina edilməsini tələb edirlər. Bundan əlavə onlar, son günlər etiraz aksiyalarında saxlanılanların hamısının azad edilməsini, qeyri-proporsional güc tətbiqində iştirak edən Daxili İşlər Nazirliyinin əməkdaşlarının, etiraz aksiyalarında qadınlara və uşaqlara qarşı zor tətbiq edənlərin cəzalandırılmasını istəyirlər. 

Etirazçılar həmçinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi geri götürülənə qədər hakimiyyətə itaətsizliklərini bəyan ediblər. Növbəti genişmiqyaslı tədbir mayın 11-də elan olunub.

Göründüyü kimi nə Gürcüstanın hakim partiyası, nə də etirazçılar geri çəkilmək niyyətində deyillər. 

Bəs, etirazçılar nədən narahatdırlar?

Nəzərə alaq ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi birbaşa xaricdən alınan qrantlara yönəlib. Təəssüf ki, qonşu ölkədə bir çox siyasi partiyalar və QHT-lər Qərbin pul kisəsindən asılıdır. Bundan əlavə Qərbin qrant verən təşkilatlarının demək olar ki, hamısının regional mərkəzi Tiflisdə yerləşir. Yəni Qərb təkcə Gürcüstandakı vətəndaş cəmiyyətini öz əlində saxlamır, həm də region dövlətlərinə buradan mənbəyi bəlli olmayan pullar ötürür. 

Təbii ki, Qərb də heç kimə pulu havayı bağışlamır. Verilən pulların qarşılığı istənilir. Təsadüfi deyil ki, bu gün Ermənistandan daha çox Gürcüstan Qərbə meyillənir. Əgər Ermənistanda təkcə Paşinyan iqtidarı Qərbpərəst siyasət aparırsa, Gürcüstanda vəziyyət kifayət qədər fərqlidir.

Çünki Qərbin qrantlarından Gürcüstanda təkcə siyasi partiyalar və QHT-lər yox, həm də dövlət institutları da faydalanır. Bu da o deməkdir ki, bu ölkədə təkcə vətəndaş cəmiyyəti deyil, bəzi dövlət orqanları da Qərbin pul kisəsindən asılıdır. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə parlament binası qarşısında qanuna etiraz edən etirazçıları dəstəkləyib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu adımlarına görə  ölkə prezidenti Salome Zurabişvilini xain adlandırıb. Onun fikrincə, prezident dövlətin milli maraqlarına xəyanət edir:

“Zurabişvilinin ölkə prezidenti postunu tutması üzücüdür”. 

Qanun layihəsinin doğurduğu əks-səda o qədər güclüdür ki, bu hətta ölkə rəhbərliyi arasında ciddi fikir ayrılığına səbəb olub. Ona görə də Gürcüstanda vəziyyət təsəvvür olunmayacaq qədər ciddidir. Ən azından vətəndaş qarşıdurması qaçılmazdır. Ola bilsin ki, hadisələr dövlət çevrilişinə qədər inkişaf etsin.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili bu faktı istisna etməyib:

“Biz qarşıdurma mərhələsinə qədəm qoymuşuq. Bizim üçün prioritet  avropalaşmaqdır. Bu yolda barışmaz yeni nəsil ilə sovet keçmişinin əqli girovu olan nəsil arasında toqquşma gedir. Əminəm ki, sonda həmişəki kimi yeni nəsil qalib gələcək. Amma qələbənin dəqiq tarixini demək çox çətindir. Qələbə bu gün də ola bilər, nə zamansa da…”

Göründüyü kimi etirazçılar artıq hər şeyi gözə alıblar. Hədəfsə təkcə qanun layihəsi yox, həm də ölkə iqtidarıdır. 

Təbii ki, Gürcüstanın qarışmasında Qərb maraqlı olduğunu gizlətmir. 

Təsadüfi deyil ki, Gürcüstan hakimiyyəti ABŞ-la strateji tərəfdaşlıq haqqında danışıqlardan imtina edib. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, rəsmi Tiflis Vaşinqtonun maliyyə yardımının müzakirəsi üçün dəvətini qəbul etməyib:

“Rəsmi Vaşinqtonun Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsinin dayandırılması ilə bağlı tələbindən sonra Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən imtina edib. Gürcüstanın baş naziri ABŞ-a səfərə bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi qarşılıqlı hörmət və etimada əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir, bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”.

Rəsmi Tiflisin bu qərarı ABŞ üçün də gözlənilməz oldu... 

ABŞ-ın Gürcüstandakı səfiri Robin Dunniqan Gürcüstan hökümətinin qərarından narahatlığını və narazılığını dilə gətirib:

“ABŞ bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksəkvəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu. ABŞ Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırmasından narahatdır”.

Göründüyü kimi ABŞ səfirinin narahatlığı Baş nazirin səfərinin təxirə salınmasından daha çox, sözügedən qanun layihəsindəndir. Bunu da heç gizlətmir. Vaşinqton açıq şəkildə bildirir ki,iki ölkə arasında münasibətlərin gələcəyi “Qordi düyünü”nə çevrilmiş yeni qanun layihəsindən asılıdır.

ABŞ-ın açıq xəbərdarlığına rəğmən Gürcüstan hələki həm siyasi müstəvidə, həm parlamentdə, həm də küçədə dirəniş göstərir. Özü də hər üç cəbhədə rəsmi Tiflis çox qətiyyətli görünür. 

Gürcüstan çətin sınaq qarşısında qalıb. 

Ölkənin sağlam qüvvələri Gürcüstanı xarici asılılıqdan və kimlərinsə aləti olmaqdan xilas etmək istəyir. Amma ölkə daxilində Qərbin pul kisəsindən asılı xeyli qüvvə var. Bu qüvvələrsə yəqin ki, sona qədər mübarizə aparacaqlar. Həmin qüvvələr milli və dövlət maraqlarından daha çox öz gündəlik dolanışıqlarını düşünürlər. Çünki onların dolanışığı Qərbdən axan qrantlardan formalaşır. Lakin son söz daha qətiyyətli olanındır. Hazırkı vəziyyətdə isə Gürcüstan hökuməti daha qətiyyətli görünür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

Balakən rayon Yanğından Mühafizə Hissəsinə yeni rəis TƏYİNATI

End of content

No more pages to load

RADİO