“Parlament seçkiləri prezident seçkisindən fərqlidir. Parlament və bələdiyyə seçkiləri daha gərgin keçir”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, prezident seçkilərinin möhtəşəm keçməsi komissiya üzvlərini arxayın etməməlidir:
“Prezident seçkiləri zamanı qanun pozuntusu ilə bağlı məlumat daxil olmadı. Qələbədən sonra Zəfər seçkiləri oldu, insanlar həvəslə iştirak etdi. Komissiya üzvləri bilməlidirlər ki, parlament və bələdiyyə seçkiləri daha gərgin keçir”.
Günay Şahmar, Bizim.Media