İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb - FOTO

Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İraq Nümayəndələr Şurasının sədri Möhsin Əli Əkbər Əl-Mandalavinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Sahibə Qafarova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr” mövzusuna həsr olunmuş Parlamentlərarası Konfransın əhəmiyyəti, müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib.

O, bu cür forumların ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün geniş imkan yaratdığını qeyd edib. S.Qafarova tədbirin parlament paneli çərçivəsində aparılacaq müzakirələrin uğurlu olacağına əminliyini ifadə edib.

Azərbaycan və İraq arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, bu əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.
Cari ilin fevralında Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası çərçivəsində Bakıda Nümayəndələr Şurasının sədri ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Milli Məclisin sədri parlamentlər arasında əməkdaşlığın ölkələr arasında münasibətlərin daha da dərinləşməsində rolunu qeyd edib. O, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı təmaslarının önəmini bildirib.

S.Qafarova Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinin mövcud vəziyyəti barədə də məlumat verərək, iki ölkə arasında delimitasiya prosesinin uğurla başa çatacağına və sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. O, bu sülhün bütün Cənubi Qafqaz üçün faydalı olacağına əminliyini bildirib.

İraq Nümayəndələr Şurasının sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakdan məmnunluğunu bildirib.

O, parlamentlərarası dostluq qruplarının işinin daha da intensivləşdirilməsi, turizm, təhsil, enerji sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb. COP29 kimi mühüm tədbirin ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran qonaq Azərbaycanın bu istiqamətdə səylərinin yüksək qiymətləndirildiyini qeyd edib.

İraq parlamentinin spikeri Azərbaycan və Ermənistan arasında delimitasiya prosesində əldə olunmuş razılaşmadan məmnunluqla danışaraq, tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

End of content

No more pages to load

RADİO