Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşünə razılıq verməsini alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” Tokayevin bəyanatına istinadən məlumat yayıb.
Qazaxıstan Prezidenti bu görüşün 1991-ci ildə tarixi deklarasiyanın imzalandığı Almatı şəhərində baş tutacağını rəmzi adlandırıb.
O, bunun Qazaxıstan tərəfinin təklifi ilə baş tutacağını vurğulayıb.
Bizim.Media