Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində beynəlxalq öhdəliklər müzakirə edilib - FOTO

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransın “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı” mövzusunda ikinci panelində Fransanın müstəmləkələrinin nümayəndələri və müxtəlif universitetlərin bu mövzu üzrə tədqiqatçıları çıxış edərək, hüquqi çərçivələrə və beynəlxalq öhdəliklərə baxmayaraq, müstəmləkə altında olan ölkələrdə, xüsusilə də Fransanın assimilyasiya siyasəti nəticəsində yaranan böyük problemlərdən danışıb, insan hüquqlarının kobud şəkildə pozulmasına dair müzakirələr aparıblar.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, konfransın moderatoru, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupa Azadlığı Uğrunda Xalq Birliyinin Baş katibi, Bakı Təşəbbüs Qrupunun Qvadelupadan olan üzvü Jan-Jakob Bisep Fransanın müstəmləkəçilik və assimilyasiya siyasətini bu gün də davam etdirdiyini deyib. 

Qeyd edib ki, Fransa köhnə koloniyalarında məskunlaşdırdığı qürbətçi vətəndaşlarına güvənir, öz vətəndaşlarına ali irqə məxsus olması düşüncəsini aşılayaraq, onları köhnə koloniyalarında məskunlaşdırmağa təşviq edir.

Hətta koloniyalarda idarəetmə və təhsil sistemində fransızların sayı yerli əhalidən çoxdur. Onlar Qvadelupada müəllimlərə və onların birliyinə irqçi yanaşırlar.

Jan-Jakob Bisep vurğulayıb ki, assimilyasiya qvadelupalıların müqavimət qabiliyyətini məhdudlaşdırır. Assimilyasiya siyasəti yerli əhalinin guya Fransasız mövcud ola bilməməsi ideyası üzərində qurulub. Ancaq Fransanın bu siyasəti Qvadelupa xalqını yox etmək məqsədi güdsə də, buna nail ola bilməz. Çünki Kanak, Martinik, Qvineya və digər dənizaşırı ərazilərin xalqları birlikdədir.

Qvineya Ərazisinin vitse-prezidenti Samanta Siryak bildirib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və onların mədəniyyətinin inkar edilməsinə əsaslanır. 

Ölkəsinin hələ də fransız prefektləri tərəfindən idarə olunmasına etirazını ifadə edən S.Siryak assimilyasiyanın dağıdıcı nəticələrindən söz açaraq deyib:

“Assimilyasiya siyasəti fransız müstəmləkələrinin yerli əhalisinə də tətbiq edilərək, onları Fransa vətəndaşlarına çevirmək məqsədi daşıyırdı. Qvineyada fransız müstəmləkəçiliyi yerli əhaliyə dağıdıcı təsir göstərdi. Yerli əhali xristianlığı qəbul etməyə, öz mədəniyyətindən imtina etməyə və təcrid olunmuş rezervasiyalarda yaşamağa məcbur olurdular.

Beləliklə, Amazoniyanın ilk xalqlarının yerli kimliyini silmək məqsədi daşıyan məcburi assimilyasiya və özgəninkiləşdirmə sistemi olan “Hindistan evləri” meydana çıxdı. Bu dövr ailələri dağıtdı və bir neçə nəslin sabitliyini pozdu”.
Martinik Xalq Komitələri Milli Şurasının üzvü, “Ase Plere Annou Lite” hərəkatının üzvü Edmona Mondezir, Vallis və Furtuna adalarından olan siyasi, sosial-iqtisadi məsələlər üzrə ekspert Jimi Vakolyafa, Fransız Qvineyasının Sosial azadlıq və dekolonizasiya hərəkatının siyasi bürosunun təsisçisi və üzvü, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvü Moris Pəndard, ABŞ-dan olan idarəetmə üzrə beynəlxalq müşavir Karlayl Korbin, Beynəlxalq Sülh Araşdırmaları üzrə Cenevrə İnstitutunun katibi İşem Lehmici çıxışlarında assimilyasiya siyasətinin ağır nəticələrindən, eləcə də müstəmləkəçiliyin yerli icmalar üzərində mənfi təsirindən söz açıb, bu prosesə məruz qalmış insanların hüquqlarının müdafiəsinə və həll yollarına dair fikir mübadiləsi aparıblar.

Çıxışlarda assimilyasiya siyasətinin yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıdığı vurğulanıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

İsrail ordusu Tehranda 20 hərbi obyekti vurdu - VİDEO

End of content

No more pages to load

RADİO