Beynəlxalq təşkilatlara Ermənistanın mina xəritələrini verməkdən imtinası ilə bağlı müraciət edildi           

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən "Natavan Qrup" təşkilatı və bu ölkədə yaşayan azərbaycanlı icmasının bəzi üzvləri Ermənistan hökumətinin Azərbaycan ərazilərində basdırılmış minaların xəritələrini verməkdən imtina etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

Bu barədə Bizim.Media-ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Nərminə Məmmədova, Səbinə Quliyeva və fəal diaspor üzvlərinin adından Avropa Birliyinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, BMT, "Amnesty İnternational" və "Human Rights Watch"un Birləşmiş Krallıqdakı nümayəndəliklərinə, "HALO trust" təşkilatına, UNICEF-in "Innocenti" tədqiqat idarəsinə və Böyük Britaniya Parlamentinin üzvlərinə ünvanlanan müraciətdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli sülh razılığı, rəsmi Bakının təkbaşına Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə nail olduğu barədə ətraflı məlumat verilib.

Müraciət müəllifləri təəssüflə qeyd ediblər ki, doğma yurd-yuvalarından 30 ilə yaxın didərgin düşən həmyerlilərimiz hələ də evlərinə qayıtmaq arzularını gerçəkləşdirə bilmirlər, çünki Ermənistan silahlı qüvvələrinin işğaldan azad olmuş ərazilərdə saysız-hesabsız minalar yerləşdirməsi buna böyük əngəl yaradır.

II Qarabağ müharibəsindən sonra xarici jurnalistlərin və siyasətçilərin Azərbaycanın işğaldan azad olmuş ərazilərinə səfər etdikləri, törədilmiş dağıntıların səviyyəsinə görə Ağdamı "Qafqazın Xirosiması" adlandırdıqları, piyadalar əleyhinə minalardan silah qismində istifadənin insanlığa qarşı cinayət olduğu vurğulanıb.

Soydaşlarımız beynəlxalq təşkilatları minaların xəritələrinin Azərbaycana təhvil verilməsi məqsədilə Ermənistan hökumətinə təsir göstərməyə, işğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, etnik azərbaycanlıların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasının təmin olunması məsələlərində rəsmi Bakını dəstəkləməyə çağırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR!

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ – Bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR!

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına - Çağırış

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına - Çağırış

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

Onlar da doğma yurdlarına qayıdırlar – FOTO

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Qadın futbolunda ilin ən yaxşı qol müəllifi BƏLLİ OLDU

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb, həmyaşıdı şübhəli bilinir

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

Rusiyadan gətirilən bioloji aktiv qida məhsulunun normativ tələblərə cavab vermədiyi AŞKARLANDI - FOTO

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

"Mançester Siti"nin hücumçusu mövsümü BAŞA VURDU

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

Süni intellekt xərçəng müalicəsini FƏRDİLƏŞDİRİR

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

“Bütün qızlar evli-eşikli oğlana ərə getmək istəyirlər” - VİDEO

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

Qəlbi "pambıq" olan bürclər: Qarışqaya belə zərər verməzlər

İlin rəmzi komandasında hansı futbolçular var?

İlin rəmzi komandasında hansı futbolçular var?

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

Britaniya Ukraynaya PUA tədarükü üçün 700 milyon avro AYIRACAQ

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İş elanlarında namizədə çəki, boy və bədən ölçüsünün tələbi düzgündür? - VİDEO

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

İnsanların yaşlandıqca daha tez oyanmasının səbəbi bilindi - ARAŞDIRMA

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Dünyada ilin ƏN YAXŞI qadın futbolçusu o oldu

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Rəqsanə ayrıldığını AÇIQLADI: “Fazillə hər şey bitib” - VİDEO

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Şəkidə qonşu qadınlar arasında DAVA: İş məhkəmədə yekunlaşdı

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Tehranda bina çökdü, dağıntılar altında qalanlar var

Leyla Əliyeva əkizləri ilə - FOTO

Leyla Əliyeva əkizləri ilə - FOTO

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Putinin Türkiyəyə səfəri GÖZLƏNİLİR

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Murad Dadaşovun fiziki məhdudiyyətli işçisi ilə rəqsi diqqət çəkdi - VİDEO

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Balakəndəki qəzada xəsarət alanlardan daha biri öldü

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

Brendon Rocers ərəb klubunun baş məşqçisi TƏYİN OLUNDU - FOTO

End of content

No more pages to load

RADİO