İrpen şəhər meri Azərbaycana təşəkkür etdi - FOTO

Aprelin 28-də - Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü günündə Ukraynanın İrpen şəhərində “Azərbaycan Günü” keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi və İrpen şəhər meriyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan Günü”ndə xarici ölkələrin diplomatları, Ali Radanın deputatları, yerli icra qurumlarının nümayəndələri, diaspor fəalları, şəhər sakinləri iştirak ediblər.

İştirakçılar əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, görkəmli oftalmoloqun adını daşıyan parkda Azərbaycana aid rəsm sərgisinə baxış keçirilib.

Sonra “Azərbaycan Günü” ilə bağlı tədbirin rəsmi açılışı olub, Azərbaycan və Ukraynanın Dövlət himnləri səslənib.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, “Azərbaycan Günü”nün İrpendə qeyd olunması Azərbaycan və İrpen arasında uzun illər ərzində mövcud olan ənənəvi möhkəm əlaqələrin bariz sübutudur. İrpen Azərbaycan və Ukrayna arasında regionlararası əməkdaşlığın möhkəmləndirilməsində mühüm tərəfdaşa çevrilib. Bu şəhər həm də İrpen və Azərbaycan arasında mədəni əlaqələrin qorunub saxlanmasına və dərinləşməsinə öz dəyərli payını verən güclü Azərbaycan cəmiyyətinin vətənidir.

“Azərbaycan Günü”nün görkəmli oftalmoloq alim, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə təsadüf etməsi də rəmzidir. Bu gün biz Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında böyük xidmətləri olan Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edirik. Zərifə xanımın irsini qoruyan və təbliğ edən şəhərdə belə tədbir keçirmək şərəfdir”, - deyə səfir bildirib.

Seymur Mərdəliyev qeyd edib ki, Ukraynada müharibənin ilk günlərindən Azərbaycan bu ölkəyə humanitar yardım göstərir. Hazırda Azərbaycanın Ukraynaya humanitar yardımının həcmi 34,5 milyon ABŞ dollarına çatıb.
Göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirən İrpen şəhər meri Oleksandr Markuşin isə çıxışında bildirib ki, İrpendə “Azərbaycan Günü”nün keçirilməsi təsadüfi deyil. Çünki bu şəhərdə Azərbaycana aid çox izlər var. İrpen azərbaycanlıların doğma şəhərinə çevrilib. Bu əlaqələr getdikcə güclənəcək.

“Bu ağır günlərdə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan bir daha Ukraynanın dostu olduğunu göstərdi”, - deyə mer əlavə edib.

İrpendə akademik Zərifə Əliyeva adına 12 saylı “Linqivist” liseyin direktoru Valentina Antonenko və digərləri Azərbaycanın göstərdiyi dəstək barədə danışıblar.

Daha sonra İrpen meri səfir Seymur Mərdəliyevi, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədovu və müavini Həzi Aslanovu diplomla təltif edib.

Tədbir konsertlə davam edib. Konsertdə Azərbaycanın xalq mahnıları da ifa olunub. Gün ərazində insanlar İrpenin mərkəzi parkında yaradılan Azərbaycan guşələri ilə tanış olub, milli mətbəximizin təamlarından dadıblar.

Ukrayna Ali Radasının deputatı Andrey Kloçko Azərbaycan xalqını “Azərbaycan Günü” münasibətilə təbrik edib. “Öz adımdan və Ukrayna xalqı adından ölkəmizin, o cümlədən İrpenin bərpasında göstərdiyi köməyə görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkür edirəm. İnanıram ki, Azərbaycan və Ukrayna arasında dostuq münasibətləri daha da güclənəcək. İki ölkə arasında dost münasibətlər dünya ölkələri üçün də faydalı olacaq”, - deyə ukraynalı deputat vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

Azərbaycanda bəzi ailələrə YENİ MƏNZİLLƏR veriləcək

End of content

No more pages to load

RADİO