Monteneqro rəsmisi: “Azərbaycanla əlaqələrə böyük önəm veririk”

Monteneqro Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş nazirinin müavini Aleksa Becic ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Azərbaycan və Monteneqro arasında bir sıra sahələrdə əməkdaşlıq üzrə qeydə alınan inkişaf göstəriciləri digər sahələrdə də əlaqələrin daha da genişləndirilməsinə imkan verir. Baş nazirin müavini ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, Monteneqronun bu əlaqələrə böyük önəm verdiyini söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova Aleksa Becic ilə bundan öncəki görüşünü xatırladaraq, qanunverici orqanlarımız arasında əməkdaşlığın da Azərbaycan və Monteneqro arasında münasibətlərə töhfə verdiyini söyləyib. Görüşdə spiker Sahibə Qafarova Baş nazirin müavininə regionda mövcud olan vəziyyət, ölkəmizin sülh təşəbbüsləri, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi böyük tikinti və quruculuq işləri, nəhəng layihələr barədə də geniş məlumat verib. Söhbət zamanı iqtisadi əlaqələrin ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən birini təşkil etdiyi vurğulanıb.

Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaş kimi rolunu nəzərə alaraq, ölkələrimizin bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan potensialı, həmçinin turizm sektorunda nəzərə çarpan davamlı artım meyilləri, Azərbaycanın müasir nəqliyyat infrastrukturuna malik tranzit ölkə kimi mühüm rolu, bu sahədə əməkdaşlıq imkanları qeyd olunub.

Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinin ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə, insanlar arasında təmasların dərinləşməsinə töhfə verəcəyi vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO