“Ukrayna müharibədə dönüş yarada bilməyəcək” – Zərdüşt Əlizadə

ABŞ-ın Nümayəndələr Palatası və ardınca da Senatın Ukraynaya 61 milyard dollarlıq yardımla bağlı qərarlarından sonra Avropa ölkələri də bu istiqamətdə fəaliyyətlərini aktivləşdirməyə başlayıblar. 

Latviyanın baş naziri Evika Silina artıq bəyan edib ki, 2025-ci ilin fevralına qədər 14 NATO ölkəsindən ibarət qrup Ukraynaya bir milyon pilotsuz uçan aparatı tədarük etmək niyyətindədir. 

NATO-nun baş katibi Yens Stoltenberq Hollandiyanın baş naziri Mark Ruttenin Ukrayna Silahlı Qüvvələrinə əlavə “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsi prosesinə sponsorluq etmək təşəbbüsünü dəstəkləyərək, müttəfiqləri bu istiqamətdə səylərini gücləndirməyə çağırıb. Danimarka¬nın müdafiə naziri Troels Lund Poulsen bildirib ki, onun ölkəsi Kiyevə hərbi sənaye kompleksinin inkişafı, o cümlədən pilotsuz uçuş aparatları (PUA), dəniz pilotsuz təyyarələri və raketlərin istehsalı üçün 295 milyon avro ayırır. 

Qanun layihəsi ABŞ prezidentinə Ukrayna hökumətini müdafiə və qələbə üçün ATACMS uzaqmənzilli taktiki raket sistemləri ilə təmin etməyi tapşırır. Bu raketlərlə 165-300 km-ə qədər məsafədəki hədəfləri vurmaq mümkündür. 

Ümumiyyətlə, 2025-ci ilin fevralına qədər Kiyevə ümumilikdə 1 milyona yaxın hücum PUA-sının göndərilməsi planlaşdırılır. Media bildirir ki, Hollan-diya daha üç F-16 qırıcısını ukraynalı pilotların hazırlanması üçün Rumıniya mərkəzinə göndərir. 

"Reuters" yazır ki, 2023-cü ilin noyabrından Hollandiya artıq Rumıniyaya səkkiz qırıcı tədarük edib və ümumilikdə onlar Ukrayna pilotlarının təlimi üçün 18 belə təyyarə verəcəklərini vəd ediblər. Haaqa, həmçinin Ukraynaya 24 F-16 qırıcısı təhvil verəcəyini vəd edib. "Reuters" agentliyinin məlumatına görə, onlar 2024-cü ilin ikinci yarısında Kiyevə göndərilməlidir. Norveç 22 ədəd F-16 bölməsinin Ukraynaya təhvil veriləcəyini bildirib. Qərb ölkələrinin vəd etdiyi ilk F-16 təyyarəsinin yayda Ukraynaya çatacağı gözlənilir. 

Görünən odur ki, ABŞ-ın Ukraynaya dəstək qərarı onun NATO üzrə Avropadakı müttəfiqlərini də həmin istiqamətdə aktivlik nümayiş etdirməyə həvəsləndirib. Bir sözlə, Kiyevə Qərbin dəstəyi artır.

Belə bir vəziyyətdə Ukrayna müharibədə dönüş yarada biləcəkmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Zərdüşt Əlizadənin fikrincə, Ukrayna bütün hallarda müharibədə dönüş yarada bilməyəcək:

“Kiyev müharibədə dönüş yaratması çətin məsələdir. Rusiya hər ay müharibəyə 10 milyard, Kiyev isə cəmi 1,5-2 milyard dollar ayırır. Rusiya əhalisi Ukrayna əhalisinə nisbətən 4-5 dəfə çoxdur. Rusiyanın hərbi sənayesi işləsə də, Ukraynanın hərbi sənayesi təəssüf ki, müstəqillik illərində dağılıb.

Düzdür, Rusiyanın da hərbi sənayesi dağılmışdı. Ancaq onlar tədricən bərpa edir. Özəl hərbi zavodlar milləşdirilir. 

Belədə görürük ki, Rusiyanın imkanları Ukrayna ilə müqayisədə bir neçə dəfə çoxdur. Amerika hərbi yardımı artırmasa Kiyevin vəziyyəti ağır olacaq. ABŞ-ın anbarlarında istifadə olunmayan 6 min tankı və 1200 təyyarəsi var. Onların heç olmasa 10 faizini versə, Ukrayna döyüşə bilər.

Amma vermirlər. Ona görə də Ukraynanın vəziyyəti yardımlara baxmayaraq, heç də ürəkaçan deyil. Belə vəziyyətdə onun müharibədə dönüş yaradacağı inandırıcı görünmür”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Aprelin 1-də baş vermiş tarixi hadisələr

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Gədəbəydə QƏZA: Yaralananlar var

Gədəbəydə QƏZA: Yaralananlar var

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

Naxçıvanda qəza baş verib, 3 nəfər xəsarət alıb - FOTO/VİDEO

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

"Qalatasaray"lı futbolçu "Milan"ın HƏDƏFİNDƏ

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Bişmiş yemək nə qədər çöldə qala bilər? - Kritik vaxt AÇIQLANDI

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Türkiyə millisinin baş məşqçisi huşunu itirdi

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Pezeşkian və Əraqçi Tehranda keçirilən MİTİNQDƏ - VİDEO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Ərdoğan Türkiyə millisini belə təbrik etdi: "Alnınızdan öpürəm" - FOTO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Türkiyə 24 il sonra DÜNYA ÇEMPİONATINDA - VİDEO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Tanınmış şair VƏFAT ETDİ - FOTO

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Leysan Dəmirçi–Lahıc yolunda sürüşməyə səbəb oldu - YOL BAĞLANDI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Millimiz Bolqarıstanla heç-heçə OYNADI

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

Səidə ailəsi ilə barışmağından DANIŞDI: “Həyat yoldaşım dedi ki, “get, ananla bayramlaş”” - VİDEO

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

ABŞ Yaxın Şərqə üçüncü aviadaşıyıcı GÖNDƏRİR

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Qırmızı lobyanın FAYDALARI: Həqiqətən əti əvəz edirmi, kimlərə olmaz…

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Basketbol Liqasında müntəzəm mövsüm YEKUNLAŞDI

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Pula görə asanlıqla yalan danışan İKİ BÜRC

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Əraqçi: “Uitkoffla birbaşa mesaj mübadiləsi aparırıq lakin…”

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

Britaniya Yaxın Şərqdəki müttəfiqlərinə İrana qarşı hava məkanını qorumaqda KÖMƏK EDƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

"Avroviziya" ilk dəfə Asiyada KEÇİRİLƏCƏK

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Zaqatalada qəza olub, iki nəfər xəsarət alıb

Holland daha bir bahalı avtomobil aldı

Holland daha bir bahalı avtomobil aldı

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ - FOTO

End of content

No more pages to load

RADİO