Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO

Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovun rəhbərliyi ilə dost ölkənin incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə Azərbaycana səfərə gəlib.

Bizim.Media xəbər verir ki, aprelin 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov arasında görüş keçirilib. 

Nümayəndə heyətini salamlayan nazir ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri münasibətilə təbriklərini çatdırıb, zəngin proqramı olan bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib. Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq.

Qırğız nazir Altınbek Maksutov səmimi qəbula və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.  

Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq. 

Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev müstəqillik tarixində ölkəsinin Azərbaycanda gerçəkləşən ilk mədəniyyət günlərini əlamətdar hadisə kimi səciyyələndirib. 

Görüşdə iki ölkə arasında kitabxana və muzey işi üzrə əməkdaşlıq, eyni zamanda teatr sahəsində mübadilə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Bürclər üçün aprelin ən uğurlu və uğursuz günləri açıqlandı

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

Kral qızını məcburi hərbi xidmətə APARIRLAR

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

"Qarabağ"ın futbolçusu İtaliya klubunun TRANSFER HƏDƏFİNDƏ

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

İranda 4 dövlət məmuru İsrail casusu kimi həbs olundu

Qızılın qiyməti 4 700 dolları ötdü

Qızılın qiyməti 4 700 dolları ötdü

Təranə Quliyevaya vəzifə verildi

Təranə Quliyevaya vəzifə verildi

Bu telefonların istifadə müddəti bitdi

Bu telefonların istifadə müddəti bitdi

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Buraxılış imtahanı verəcək şagirdlərin NƏZƏRİNƏ

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

Daha bir ölkə SEPAH-ı terror təşkilatı kimi TANIDI

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Kələm" yükü adı ilə Azərbaycana narkotik gətirmək istədilər - FOTO

"Bitcoin" bahalaşdı

"Bitcoin" bahalaşdı

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Bakıda AİLƏ FACİƏSİ - Ər və arvad həyatını itirdi

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Mağazada tanışını bıçaqlayan şəxs TUTULDU

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Rasim Balayev 7-ci sinifdə ona yazdığım məktubu saxlamışdı

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Tanınmış sabiq hakim vəfat etdi

Tanınmış sabiq hakim vəfat etdi

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Yaponiya və Koreya istehsalı avtomobil sürənlərə XƏBƏRDARLIQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Bu şəxslər 5000 manat CƏRİMƏ OLUNACAQ

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Valyuta məzənnələri: Avro və rus rublu bahalaşdı

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bu ödənişlərə komissiya gəlir – Pulunuzdan tutulacaq

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bütün diqqətlər Vaşinqtonda: Saat 21.00-da...

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

Bakı metrosu əsas bayram günlərində nə qədər sərnişin daşıyıb?

End of content

No more pages to load

RADİO