İlham Əliyevin Putinlə görüşündə hansı məsələlər müzakirə olunacaq? – Korotçenko ilə ÖZƏL MÜSAHİBƏ 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gəlib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşılayıblar.

Bizim.Media səfərin əhəmiyyəti və müzakirəsi gözlənilən məsələlərlə bağlı Rusiyanın Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkodan müsahibə alıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Rusiyaya GETDİ - FOTO/VİDEO


Həmin müsahibəni təqdim edirik:


- İqor Yuriyeviç, Sizcə bu dəfəki görüşdə Azərbaycanla Rusiya arasında hansı məsələlər əsas müzakirə obyekti olacaq?

- Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə əsas müzakirə obyekti iki ölkə arasında əlaqələrin bütün sferalarda inkişaf imkanlarıdır. Təbii ki, inkişaf imkanları iki ölkə arasında 22 fevral 2022-ci ildə imzalanmış müttəfiqlik haqqında deklorasiyaya uyğun müzakirə ediləcək. Etiraf etməliyik ki, Azərbaycanla Rusiya arasında əlaqələr bütün sahələrdə çox böyük uğurla inkişaf edir. Bunu iqtisadi-siyasi, mədəni və beynəlxalq münasibətlərə aid etmək olar. İki ölkə arasında əlaqələrin dərinləşməsi və şaxələndirilməsi üçün bu gün çox unikal imkanlar var. 

- Nəzərə alaq ki, İki ölkə liderinun bu dəfəki görüşü yeni seçkilərdən sonra ilk dəfə baş tutur...

- Tamamilə doğrudur. Ona görə də əminliklə demək olar ki, İlham Əliyev və Vladimir Putin bu görüşdə əlaqələrin yeni müstəvidə daha üst səviyyəyə çatmasına yeni impuls verəcək. Hesab edirəm ki, prioritet məsələ iqtisadi münasibətlərdir. Nəzərə alaq ki, Azərbayca-Rusiya ticari əlaqələri günbəgün genişlənir, şaxələnir. Rəqəmlərə fikir versək, görərik ki, əlaqələrin böyüməsində kifayət qədər dinamika var. Təbii ki, beynəlxalq əməkdaşlıq sahəsində də yeni imkanlar mövcuddur.  

- Bildiyiniz kimi, Azərbaycan Qarabağda “Böyük Qayıdış” layihəsini reallaşdırır. Sizcə Rusiya bu layihəyə qoşulacaqmı?

- Əminəm ki, iki ölkə lideri arasında müzakirə olunan məsələlərdən biri də bu olacaq. Rusiyanın bir çox şirkətləri Qarabağın dirçəlişində biləvasitə iştirak etmək istəyir. Yəqin ki, İlham Əliyevlə Vladimir Putin bu cür nəcib təşəbbüsləri dəstəkləyəcək və iki ölkə arasındakı iqtisadi-mədəni əlaqələrdə yeni səhifə açılacaq.

- Cənubi Qafqazda davamlı sülhün təmin olunması da yəqin ki, diqqətdənkənar qalmayacaq...

- Şübhəsiz. Bu gün Azərbaycan kimi Rusiya da bölgədə davamlı sülhün olmasında maraqlıdır. Nəzərə alaq ki, həm ABŞ, həm də Aİ ölkələri müxtəlif bəhanələrlə Cənubi Qafqaza soxulmaq istəyir. Təbii ki, üçüncü ölkənin regiona gəlişi yeni xoşagəlməz reallıqlar ortaya çıxara bilər. Nə yazıq ki, Ermənistan Qərbin əlində bir alətə çevrilib. Və Qərb də Ermənistandan istifadə edib bölgəyə girmək istəyir. 

Ona görə də əminliklə deyə bilərəm ki, Moskva görüşündə bu məsələyə də xüsusi diqqət ayrılacaq. Onu da qeyd edim ki, Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarında Rusiya hər zaman vacib rol oynayıb. Bu gün də Rusiya çalışır ki, iki ölkə arasında daha tez sülh sazişi imzalansın.

- Yeri gəlmişkən Qarabağda öz missiyasını uğurla başa vurduqları üçün Rusiya sülhməramlıları Azərbaycanı tərk etməyə başladı...

- Bəli, Rusiya sülhməramlıları ötən dövr ərzində Qarabağda öz missiyasını yüksək peşəkarlıqla və ləyaqətlə yerinə yetirdi. Hesab edirəm ki, iki ölkə lideri bu məsələyə də diqqət edəcək. Ola bilsin ki, mətbuata birgə açıqlamada bu məsələyə xüsusi yer ayırsınlar. Etiraf edək ki, Rusiya sülhməramlılarının bölgəyə gəlişi, burdakı uğurlu fəaliyyəti və qarşılıqlı razılaşma əsasında geri dönüşü dünya üçün bir örnəkdir, nümunədir. 

- Bəs, mədəni əlaqələrin inkişafı istiqamətində hansı mühüm addımları gözləyə bilərik?

- Maraqlı məqama toxundunuz. Nəzərə alaq ki, dünyanın ən nəhəng nəqliyyat dəhlizlərindən biri olan Baykal-Amur Magistral xəttinin inşasına başlanılmasının bu il 50 illiyi tamam olur. Bu nəhəng layihənin icrasında isə Azərbaycanın böyük oğlu Heydər Əliyevin müstəsna xidmətləri var. Təsadüfi deyil ki, tarix boyu bir neçə dəfə yarmçıq qalan bu layihə məhz Heydər Əliyevin əzmkarlığı və qətiyyəti hesabına başa çatdırılıb. 

SSRİ Nazirlər Sovetinin birinci müavini olarkən Heydər Əliyev məhz bu nəhəng layihənin rəhbərliyini öz üzərinə götürdü və uğurla başa çatdırdı. Ona görə də Rusiya dövləti və xalqı Heydər Əliyevin bu nəhəng xidmətini hər zaman ehtiramla yad edir. Təsadüfi deyil ki, BAM-ın tikintiyə başlamasının 50 illik yubiley tədbirinə Vladimir Putinlə yanaşı İlham Əliyev də qatılacaq. 

Bütün hallarda Rusiya-Azərbaycan əlqələrinin gələcəyinə biz böyük inamla baxırıq. İnanırıq ki, təzadlarla dolu dünyamızda iki dost ölkə bütün çətinliklərə birgə sinə gərəcək və xalqlarımız arasında münasibətlərin daha yaxınlaşmasına və iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə yeni töhfələr veriləcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

Bakı bulvarında bayram həyəcanı - FOTOREPORTAJ

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

"Oleq Bakınski"nin ölkəyə girişi və yaşamaq icazəsi ləğv edildi - YENİ QƏRAR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

Mərakeşdə dünyanın ən böyük stadionu TİKİLİR

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

İran Keşm adasındakı mülki obyektlərə zərbələr endirilməsində ABŞ və İsraili İTTİHAM ETDİ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Dünyada piylənmədən əziyyət çəkən uşaqların sayı 227 milyona çata bilər - XƏBƏRDARLIQ

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Sağlamlıq haqqında arayış alanlar XƏBƏRDAR OLSUN: Dəyişiklik var

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - VİDEO

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

İran Hörmüz boğazından keçid üçün şərtləri AÇIQLADI

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Bu gün İrandan 6 ölkənin 60 vətəndaşı Azərbaycana TƏXLİYƏ OLUNDU

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Yunanıstana məxsus tanker Qara dənizdə hücuma MƏRUZ QALDI

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda daha bir dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda federasiyalar birləşdirildi

Azərbaycanda federasiyalar birləşdirildi

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Səyahət üçün ən yaxşı şəhərlər - SİYAHI

Hörmüz boğazından FOTOLENT

Hörmüz boğazından FOTOLENT

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Ticarət mərkəzlərində oğurluq edən şəxs SAXLANILDI

Bu halda maaşdan pul tutulur

Bu halda maaşdan pul tutulur

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Şəhid general Polad Həşimovun anası təyyarədə belə QARŞILANDI - VİDEO

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Hava kəskin DƏYİŞİR: Qar yağacaq, dolu düşəcək – BU TARİXƏDƏK

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Makiyajın uzun müddət sabit qalması üçün bunları edin

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Bu dəfə də avtobusda lavaş yedi – VİDEO

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Mələkxanım Eyubovadan qızı ilə bağlı paylaşım

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Bakıda qadın çalışdığı ofisdən 9000 dollarlıq fotoaparat OĞURLADI

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək VERİLİR? – RƏSMİ AÇIQLAMA

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO