“Xaricdə, sivil dövlətlərdə hakimiyyətə bir çox hallarda biznesdən gəlirlər. Bizdə isə bəzi hallarda bunun əksi müşahidə edilir”x9d.
Bunu Moderator.az -a açıqlamasında hüquqşünas Əyyub Kərimov bildirib.xa0
Onun sözlərinə görə, vəzifəyə gələn şəxsin sonradan biznesmen kimi ad çıxarması bəzi hallarda qaranlıq mətləblərdən xəbər verir:
“Baxın, dünyanın ən güclü dövlətinin prezidenti seçilən Tramp bu vəzifəyə biznesdən gəlib. Bu gün də onu prezidentdən daha çox biznesmen kimi tanıyırlar. Azərbaycanda isə vəzifəyə gəlib daha sonra biznesmen kimi ad çıxartmaq ənənəsi daha çox kök salıb. Hansı ki, bu cür hallar bəzən qaranlıq mətləblərdən xəbər verir. Bir çox hallarda həmin şəxslər vəzifədən öz bizneslərini yaratmaq, onu genişləndirmək üçün istifadə edir ki, bu da yolverilməzdir. Bu, vəzifəyə münasibətdə sivil ölkələrlə bizim aramızdakı ən başlıca fərqlərdən biridir”x9d