Sülhməramlıların gedişi Rusiya ilə münasibətlərimizə necə təsir edəcək? – Korotçenkodan ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb. Bu Azərbaycan və Rusiya liderlərinin birgə qərarı əsasında baş verib. Missiyanın vaxtından əvvəl Azərbaycanı tərk etməsi beynəlxalq aləmdə böyük əks-səda doğurub.

“Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac qalmadı”

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib ki, Azərbaycan və Rusiya liderlərinin birgə razılığına əsasən sülhməramlıların Qarabağdan çıxarılmasına başlanılıb:

“Nəzərə alaq ki, sülhməramlılar Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixdə imzaladıqları üçtərəfli bəyannaməyə əsasən Qarabağa gəlmişdi. Bu o zaman idi ki, Ermənistan İkinci Qarabağ Müharibəsində ağır məğlubiyyətə uğramışdı. Həmin vaxt Paşinyan faktiki olaraq erməni ordusunun kapitulyasiyasına imza atmışdı. Lakin o zaman erməni separatçıları Qarabağda qalıb öz təxribatçı fəaliyyətlərini davam etdirirdilər.

Əgər həmin separatçılar sakit dayansa idi, yəqinki, proses bir qədər uzanardı. Amma Ermənistan ordusunun Qarabağda qalan tör-töküntüləri öz təxribaçı hərəkətlərini davam etdirdilər. Məhz bu səbəbdən Azərbaycan dəqiq “cərrahi əməliyyat” aparmaq məcburiyyətində qaldı. Çünki separatçılar Azərbaycanın sinəsində bir yara idi. Ancaq yaranı kəsib atmaqla problem aradan qaldırmaq olardı.

Məhz, 2023-cü ilin 19 sentyabrında Azərbaycanın keçirdiyi lokal antiterror tədbirləri nəticəsində erməni terrorçuları son nəfərinə qədər Qarabağdan qovuldu. Nəticədə, erməni separatçılarının Qarabağdakı qondarma qurumu özünü buraxmaq məcburiyyətində qaldı. Məhz həmin tədbirlərdən sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda Azərbaycan öz suveren hüquqlarını təmin etdi.

Bu zaman Azərbaycana reinteqrasiya etmək istəməyən ermənilərin əsas hissəsi Ermənistana üz tutdu. Baxmayaraq ki, rəsmi Bakı dəfələrlə Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşlığını qəbul etməyə və Azərbaycan qanunları ilə yaşamaqla bağlı çağırış etmişdi. Təbii ki, hər kəs taleyini özü seçir. Qarabağdakı ermənilər də öz seçimlərini bu cür etdi və Azərbaycandan getdilər. Bütün bu baş verənlərdən sonra Rusiya sülhməramlılarının Qarabağda qalmasına ehtiyac qalmadı”.

“Bu qərar Rusiya-Azərbaycan əlaqələrində yeni bir səhifə açacaq”

İqor Korotçenko qeyd edib ki, sülhməramlılar Laçın dəhlizinə nəzarət və baş verə biləcək qarşıdurmanın qarşısını almaq üçün Qarabağa gəlmişdi:

“Bu gün artıq hansısa təxribatın və etnik qarşıdurmanın başvermə ehtimalı tam aradan qalxıb. Ona görə də öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirən Rusiya sülhməramlıları geriyə, öz vətənlərinə dönürlər. Çünki Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa edib və heç bir separatizm təhlükəsi  yoxdur.

Bir daha qeyd edirəm ki, sülhməramlılar Qarabağa gəldi və arxada qalan 3 il ərzində öz missiyasını şərəflə və yüksək peşəkarlıqla yerinə yetirdi. Mövcud reallıqları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimi Putin qərar verdilər ki, sülhməramlılar öz missiyasını layiqincə yerinə yetirdikləri və missiya başa çatdığı üçün geri dönsün. Çox məntiqli bir qərardır. Əminəm ki, iki ölkə liderinin bu qərarı Rusiya-Azərbaycan əlaqələrində yeni bir səhifə açacaq”.

Müsahibimiz bir vacib məqama da diqqət çəkib:

“Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxması ABŞ və Aİ-nin destruktiv addımlarına və çağırışlarına da ən layiqli bir cavabdır. Təəssüf ki, Qərb birmənalı şəkildə Rusiyanı işğalçı kimi təqdim etmək istəyir. Amma qarşılıqlı anlaşma şəraitində sülhməramlıların Azərbaycandan çıxması bir daha sübut edir ki, Rusiyanın heç bir ölkənin ərazisində gözü yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Xalq artisti: “Qızıma demişəm ki, qayınanana öz anan kimi qayğı göstərməlisən” - VİDEO

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Ağdərədəki mina partlayışı ilə bağlı BİRGƏ MƏLUMAT

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Rezidentura üzrə sınaq imtahanı keçiriləcək

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri TƏYİN EDİLDİ

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

2 ildən sonra sevgili olduqlarını elan etdilər - FOTO

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

“İmişli” və “Şamaxı”da CİDDİ İTKİLƏR

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Məşhur şirkətin sabiq baş direktoru ölüm cəzasına MƏHKUM EDİLDİ

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Britaniyanın İraqdakı neft bazası belə vuruldu – ANBAAN VİDEO

Elnur ölümdən döndü - VİDEO

Elnur ölümdən döndü - VİDEO

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Ev almaq istəyənlərə “daşdan keçərli” tövsiyələr - Bu iki üsulla uğurlu seçim edə bilərsiniz

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

Rusiyada Azərbacandan gedən sərnişinlərin ərzaqları müsadirə olunur - CƏRİMƏ KƏSİLİR - FOTO

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

SON DƏQİQƏ! Suqovuşanda mina partlayışı – Yaralanan var

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

"Xoşbəxt olacağıma vəd verdi, bunları ört-basdır etdi"

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

İlon Maskın küsülü olduğu atası Moskvaya köçür

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Türkiyə yığması tarixi uğurdan sonra İstanbula döndü - VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanıldı - ANBAAN VİDEO

Zamiqin Antalyadan FOTOları yayıldı

Zamiqin Antalyadan FOTOları yayıldı

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Kürdəmirdə AĞIR QƏZA – Yaralanan var

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

Rusiyada matəm: Bayraqlar endirildi – VİDEO

AFFA "Kəpəz"i cərimələdi

AFFA "Kəpəz"i cərimələdi

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

İran “gizli kart”ını İŞƏ SALIR – Dünya iqtisadiyyatı üçün BÖHRAN ANONSU

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

Masazırda yeni inşa olunan YOL ÇÖKDÜ - FOTOFAKT

End of content

No more pages to load

RADİO