Medvedev Makronu İFŞA ETDİ – Fransa Afrikadan sonra niyə Moskvanı HƏDƏF ALDI?

2 həftə əvvəl Rusiyanın paytaxtı Moskvada yerləşən “Crocus City Hall”a teror hücumu bütün dünyada geniş əks-səda doğurdu. Yüzlərlə insanın həyatını itirdiyi və yaralandığı terror aktını törədənlər saxlanılsa da, sifarişi kimin verdiyi hələ də müzakirə mövzusu olaraq qalmaqdadır.

Hadisə ilə bağlı müxtəlif iddialar, xüsusilə də, hücumun arxasında Qərbin olduğu ilə bağlı fikirlər səsləndiririlir. 

Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini D.Medvedevin aprelin 8-də teleqram kanalında yazdıqları isə dünya siyasi gündəmində şok effekti yaratdı.

Belə ki, Medvedev “Crocus” terrorunun arxasında Fransanın olduğunu bildirdi. Rusiya rəsmisi açıq şəkildə qeyd etdi ki, hücum Fransa Prezidenti Emmanuel Makron tərəfindən maliyyələşdirilib.

Medvedevin açıqlamaları təsadüf sayıla bilməz...

Təbii ki, Rusiyanın yüksəkranqlı rəsmisinin heç bir əsas olmadan bu cür açıq şəkildə hədəf göstərməsi heç də əbəs yerə deyil. Bu sözləri deyən şəxsin Təhlükəsizlik Şurasının katibi olması isə iddiaların əsaslı olduğunu inamı artırır. Yəqin ki, Rusiyanın xüsusi xidmət orqanlarının araşdırmaları “Crocus”a hücumla bağlı bəzi izləri üzə çıxarıb. Bu izlər isə Fransaya, Makrona qədər uzanır...

Digər tərəfdən, hadisənin baş verdiyi mərkəzin azərbaycanlılara məxsus olması da Fransanın bu işdə əli olması ehtimallarını artırır. Çünki rəsmi Parisin Azərbaycana qarşı mövqeyi, Cənubi Qafqaz siyasətinin kontrları bəllidir. Makron hakimiyyəti hər fürsətdə Azərbaycanı hədəf alır, regionda gərginliyin artmasına və Azərbaycan-Rusiya münasibətlərinin pozulmasına çalışır. 

Nəzərə almaq vacibdir ki, Fransanın terrora dəstək verməsi ilə bağlı Medvedevin dedikləri ilk belə hal deyil. Daha əvvəl də fransızların müxtəlif qruplaşmalarla, xüsusən də İŞİD-lə əməkdaşlığı dəfələrlə ifşa olunub. Hətta Türkiyə siyasətində bununla bağlı məşhur deyim də formalaşıb: 

“Harada dini-məzhəbçi savaş varsa, Fransa da oradadır”.

Xüsusilə də, İŞİD-in Suriyada gücləndiyi və dünyanı təhdid etdiyi dövrlərdə qruplaşmanın Paris hökuməti ilə bağları ciddi müzakirə mövzusuna çevrilmişdi. Təsadüfi deyil ki, bu ilin yanvarında Türkiyə kəşfiyyatının Suriyada keçirdiyi əməliyyat Fransa-İŞİD bağlantılarını yenidən gündəmə gətirdi. Belə ki, Türkiyə xüsusi xidmət orqanları Suriyada terrora dəstək verən Fransanın “Lafarge” şirkətinə məxsus sement zavodunu məhv etdi. 

Qeyd edək ki, “Lafarge” şirkətinin İŞİD-ə maliyyə dəstəyi verməsi ilə bağlı faktlar 2021-ci ildə ifşa olunmuşdu. Həmin dönəmdə məsələ o qədər böyümüşdü ki, Avropa Konstitusiya və İnsan Hüquqları Mərkəzi (ECCHR) bununla bağlı məhkəməyə müraciət etmişdi. Nəticədə, “Lafarge” Nyu-York məhkəməsi qarşısında günahını etiraf edərək, 778 milyon dollar məbləğində cəza ödəməyə məhkum edilmişdi.

Fransada isə məsələ ilə bağlı istintaq başlasa da, heç bir nəticə hasil olmadı. Buna səbəb kimi isə Fransa xüsusi-xidmət orqanlarının prosesə müdaxiləsi göstərilir. 

Bütün bu faktları və “Crocus”dakı hücumu İŞİD-in üzərinə götürdüyünü nəzərə aldıqda, Medvedevin fikirlərinin nə qədər reallığa uyğun olduğu aydın görünür.

Fransanın terrora dəstəyi tək İŞİD-dən ibarət deyil 

Təkcə Afrikada Fransanın dövlət səviyyəsində reallaşdırdığı terror aktları və soyqırımıları xatırlatmaq belə Parisin əsl simasını görməyə yetir. Doğrudur, fransızlar artıq rəsmi olaraq Afrikanı müstəmləkə altında saxlamırlar. Çünki yeni metod tapıblar. Ya özlərinə sərf edən gücləri keçmiş koloniyalarında hakimiyyətə gətirirlər, ya da müxtəlif terror qruplaşmalarını maliyyələşdirməklə Fransaya qarşı çıxan siyasətçiləri öldürürlər, yəni idarə edilən xaos yaradırlar.

Bu yolla da, yüz illər boyu etdikləri kimi, Afrikanın sərvətlərini oğurlamağa indi də davam edirlər. 

Afrika ilə yanaşı, regionumuz və ən əsası Azərbaycan da Fransanın terrorçu sevgisindən çox əziyyətlər çəkib. Söhbət Birinci Qarabağ savaşı dönəmində minlərlə günahsız soydaşımızı öldürüb, işgəncələr vermiş ASALA-dan gedir. Bu terror təşkilatının da əsas mərkəzinin və gücünün, o cümlədən maliyyə dayaqlarının Fransada formalaşdığı heç kimə sirr deyil. 
Təbii ki, Moskvadakı terror aktı ilə bağlı bütün detallar istintaqın gedişində bəlli olacaq. Lakin qeyd etdiyimiz məqamlar Fransanın “Crocus” terrorunun arxasındakı güc olduğunu deməyə ciddi əsaslar yaradır. Yəqin ki, zamanla bütün mətləblər üzə çıxacaq...

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Aysel Əlizadə əməliyyat olundu

Aysel Əlizadə əməliyyat olundu

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

Masazırda yeni çəkilən yol niyə çöküb? – AAYDA-dan AÇIQLAMA

Masazırda yeni çəkilən yol niyə çöküb? – AAYDA-dan AÇIQLAMA

“Qarabağ”ın legioneri CƏZALANDIRILDI

“Qarabağ”ın legioneri CƏZALANDIRILDI

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?

Yaxın Şərq nüvə UÇURUMUNDA – Qorxunc ssenari reallığa ÇEVRİLİR?

Fransa Livan ordusunu SİLAHLANDIRIR - İsrailin reaksiyası necə olacaq?

Fransa Livan ordusunu SİLAHLANDIRIR - İsrailin reaksiyası necə olacaq?

End of content

No more pages to load

RADİO