Azərbaycan-İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr KEÇİRİLİB

Aprelin 8-də Romada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-dən Bizim.Media-ya verilən məlumata görə, siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, qarşı tərəfdən isə İtaliya Respublikası xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi, o cümlədən siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
Tərəfdaşlığın dərinləşdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, habelə Strateji Dialoqun və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi mövzuları da müzakirələrin diqqət mərkəzində olub.

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

Qarşı tərəfə regional vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumat verilib.

Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri, bu xüsusda İtaliya ilə əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında mədəniyyət, elm, təhsil sahələrində, xüsusilə də Bakıda İtaliya Azərbaycan Universteti çərçivəsində həyata keçirilən mübadilələrin, habelə beynəlxalq inkişafa yardım sahəsində potensial əməkdaşlıq imkanlarının tərəfdaşlığın şaxələndirilməsindəki əhəmiyyətini qeyd ediblər.
Səfər zamanı F.Rzayev həmçinin İtaliyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də nüfuzlu beyin mərkəzlərində təşkil olunmuş tədbirlərdə çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Aysel Əlizadə əməliyyat olundu

Aysel Əlizadə əməliyyat olundu

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO