Xarici İşlər Nazirliyi Ramazan bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrik paylaşımı Nazirliyin rəsmi “X” hesabında edilib.
"Mərhəmət, birlik və həmrəylik kimi yüksək dəyərləri aşılayan müqəddəs Ramazan ayının başa çatması, Ramazan Bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, bu mübarək bayramda hər bir evə, ailəyə cansağlığı, ruzi-bərəkət və xoşbəxtlik arzu edirik.
Ramazan bayramınız mübarək!", - deyə təbrik paylaşımında qeyd edilib.

Bizim.Media