Prezident avtomobil yolunun açılışında iştirak etdi - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Ağdaş-Zarağan yolunun 40-cı kilometrliyindən başlayan Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci il 17 may və 2022-ci il 2 fevral tarixli sərəncamları ilə Qəbələ rayonunda 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb. Tikinti işləri 2022-ci ilin sentyabrında başa çatdırılıb.

Məlumat verildi ki, dördüncü texniki dərəcəyə uyğun salınan iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 41 kilometrdir.

Texnoloji ardıcıllığa uyğun olaraq lazımi hündürlükdə optimal qum-çınqıl qarışığından yol yatağının tikintisi, yola iki laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.

İnşaat işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, nişanlanma xətləri çəkilib. Yol üzərində bir körpü salınıb, 18 avtodayanacaq yaradılıb.
Bu avtomobil yolunun tikintisi əhatə etdiyi 15 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifah halının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.
 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Aysel Əlizadə əməliyyat olundu

Aysel Əlizadə əməliyyat olundu

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

Rusiya XİN Azərbaycana TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO