Prezident Hacıqabulda suvarma qurğuları kompleksi ilə tanış oldu – FOTO/VİDEO 

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər. 

Qeyd edək ki, Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində “Agro Dairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisinə başlanılıb. 

Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamına əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyanın xarici elektrik təchizatı işləri başa çatdırılıb. 

Prezident İlham Əliyevə Hacıqabul suvarma layihəsi barədə də məlumat verildi. Qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur. 

Həmçinin bildirildi ki, ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb.

Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb. 
Məlumat verildi ki, 2021-2023-cü illərdə 600-dək yerli fermer və sahibkar üçün müasir aqrotexniki torpaq becərilməsi üzrə təlimlər, “açıq qapı” günləri, tələbələr üçün təcrübə proqramları, universitetlərdə mühazirələr, eləcə də karyera günləri təşkil edilib. 
 













Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Tramp: “Pezeşkian daha ağıllıdır, istəyir ki...” – FOTO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Ermənistan dəmir yollarının idarəetməsinin Qazaxıstana verilməsi ilə bağlı Zaxarovadan AÇIQLAMA - VİDEO

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Rusiya ordusu Ukraynanın “dron divarı”nı yara bilmir - Bloomberg

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Suqovuşanda minaya düşən şəxsin SON DURUMU

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

Daha bir Xalq artistinin səhhəti ilə bağlı VACİB AÇIQLAMA

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

50 yaşını keçən şəxslərin DİQQƏTİNƏ!

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

Türkiyə millisi tarixi uğura görə miyonlar qazandı

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

ABŞ-da dəmiryolu stansiyasında QORXULU ANLAR – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Salyanda 60 gündən sonra meyiti tapılan kişinin ölümünün TƏFƏRRÜATI – VİDEO

Aysel Əlizadə əməliyyat olundu

Aysel Əlizadə əməliyyat olundu

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Şəmkir sakinlərinin NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən...

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

Lukaşenkodan SENSASİON BƏYANAT – “Müharibəyə hazırlaşırıq” – VİDEO

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

İran Amazon-un serverini dağıtdı - ABŞ-dan son XƏBƏRDARLIQ

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

“Kəpəz”in bıçaqlanan futbolçusunun qayıdışı NİYƏ GECİKİR?

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Eks-nişanlısını instaqramda "qara siyahı"ya atdı

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Qaradağda yolu sel apardı - Belə keçirlər - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

Telefon mağazasından 12 min manatlıq oğurluq edildi - VİDEO

End of content

No more pages to load

RADİO