Ermənistan parlamenti bu gün Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı parlamentin spikeri Alen Simonyan yayıb.
Onun sözlərinə görə, təşəbbüs müxalifət partiyalarının fraksiyaları tərəfindən irəli sürülüb.
"Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir", - deyə o, qeyd edib.
Bizim.Media