Ermənistanı nə gözləyir? - 5 aprel görüşünün gizli tərəfləri…

Ermənistan-Avropa İttifaqı-ABŞ formatında keçirilən Brüssel görüşündə İrəvana maliyyə yardımın edilməsi qərara alındı. Rəsmi açıqlamaya görə, Avropa İttifaqı Ermənistana 270 milyon avro, ABŞ isə 65 milyon dollar pul ayıracaq. Bu yardım 4 il ərzində davam edəcək. Belə görünür ki, görüş Qərbin təqdim etdiyi kimi iqtisadi məqsəd daşıyıb. Halbuki, görüşdən öncə yayılan məlumatlar Brüsseldə Aİ və ABŞ-ın Ermənistanla hərbi pakt imzalayacağı yönündə idi. 

Sual yaranır: Brüsseldə nə baş verdi?

Rəsmi açıqlamalar hər şeyin iqtisadi dəstəkdən ibarət olduğunu göstərsə də, burada xüsusi bir məqam var: məsələ təkcə maliyyə yardımının edilməsi olsaydı, o zaman bu qədər həngaməyə nə ehtiyac var idi? 

Əgər məsələ doğrudan da yalnız bir neçə yüz milyon avronun ayrılmasından ibarət idisə, bu formatda görüşün keçirilməsi şübhələr yol açır. Onsuz da hər il Aİ və ABŞ-dan Ermənistana müəyyən məbləğdə yardımlar ayrılır, bu dəfə də eyni addım atıla, doğrudan da məsələ iqtisadi dəstəkdirsə, bu yardımların miqdarı artırıla bilərdi.


Bu məqamlar hər şeyin rəsmi açıqlamada deyilən kimi olmadığını göstərir. Bəllidir ki, görüşdə Ermənistanla Qərb arasında hərbi paktın imzalanması müzakirə olunub, sadəcə olaraq, bu planlar bir neçə yüz milyon avroluq yardımla gizlədilir. 

“Politiko” saytının təqdim etdiyi sənədlər bunu təsdiq edir. Bu sənədlər görüş ərəfəsində Ermənistanın Aİ və ABŞ-a Azərbaycanın silahlanmasına dair “sənədlər” təqdim edib. Bu, Ermənistana lazım olan silah-sursatın təmin edilməsi məqsədi daşıyır. 

Brüssel görüşündən bəhs edən sayt yazır ki, Ermənistan hökuməti Rusiya ilə əlaqələri kəsməyə çalışır. Şübhəsiz ki, 5 aprel görüşündə hərbi hədəflər əsas gündəm olub, iştirakçılar bunu “iqtisadi gündəm”lə gizlətməyə çalışsalar da. 

Ermənistanın Qərb tərəfindən nəzarətə götürülməsi və bu ölkə üzərindən Cənubi Qafqaza müdaxilə etmək planı əvvəldən mövcud olub. Bu planı iki mərhələyə ayırmaq olar.

Birinci mərhələdə Ermənistanın Gürcüstan üzərindən Qara dənizə çıxışını təmin etmək idi. Tbilisidə baş verən inqilab ssenariləri də bu plana daxildir.

İkinci mərhələ Ermənistanın tamamilə Qərb tərəfindən nəzarətə götürülməsidir. 44 günlük müharibədən sonra Qərb ikinci planının praktiki olaraq işə salıb. 

Təsadüfi deyil ki, ABŞ-ın regionda ən böyük səfirliyi Ermənistandadır, bu diplomatik korpusun 2 min nəfər əməkdaşı var. Bununla yanaşı, amerikalı hərbi instruktorlar, Pentaqonun nəzarət etdiyi xüsusi hərbiləşdirilmiş strukturlar Ermənistanda fəaliyyət göstərir.

Brüssel görüşü də bu planın genişləndirilməsinə hesablanmışdı və məlumdur ki, hər şeyi “iqtisadi yardım” adı altında gizlədən Qərb Ermənistanın silahlandırılmasını müxtəlif formalarda davam etdirəcək. 

Göründüyü kimi, 5 aprel görüşü ilə Ermənistan Qərbdən asılı vəziyyətə düşdü. Bu o deməkdir ki, İrəvan Qərbin diktəsi ilə hərəkət edəcək. Baş verənlər fonunda tarixi “Sevr” müqaviləsi yada düşür. Bir əsr öncə ermənilər müxtəlif vədlər qarşılığında Osmanlıya qarşı müharibəyə girdi.

Lakin həm məğlub oldular, həm də onlara verilən vədlər yerinə yetirilmədi. İndi də analoj hal yaşanır. Özünü tələyə salan Ermənistan bir əsr sonra da qonşu ölkələrə qarşı istifə edilir.

Bütün bunlar Ermənistanın da Ukrayna, Suriya, Livan kimi ölkələrin taleyi ilə üzləşəcəyini deməyə əsas verir. Çünki Emənistan üçün ən yaxşı təhlükəsizlik modeli Azərbaycanın təklif etdiyi sülh modeli olsa da, İrəvan bundan imtina edərək, Qərbdən “mədət umur”. Bu da Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq, ciddi problemlər yaradacaq.

Vasif Həsənli

Demokrat.az xəbər portalının baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Dostluğa ən çox dəyər verən bürclər

Dostluğa ən çox dəyər verən bürclər

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

İrandan Bolqarıstana XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO