Qərbin Ermənistana gəlişi İrana “qırmızı xətlər”ini necə UNUTDURDU? – TƏHLİL 

5 apreldə Brüsseldə baş tutan ABŞ-Aİ-Ermənistan görüşü bütün region ölkələrində xüsusi diqqətlə izlənilirdi. Çünki Paşinyan Brüsselə faktiki olaraq Qərbin regiona daxil olmasını rəsmiləşdirmək, hərbi paktın təməllərini atmaq üçün gedirdi.

Doğrudur, ABŞ və Aİ hər vəchlə əsl məqsədlərini pərdələməyə, görüşə “Ermənistana iqtisadi yardım” donu geydirməyə çalışırdı. Ancaq hər kəs reallığın Ermənistanın Qərbin nəzarətinə keçməsi olduğunu yaxşı bilirdi.

Region ölkələri də buna səssiz qalmadı

Cənubi Qafqazda status kvonu dəyişmək planının müzakirə olunduğu 5 aprel görüşünə həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya etiraz səsini ucaltdı. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlu ilə görüşdə Brüssel görüşünün əsl məqsədini açıq şəkildə bəyan etdi. 

Dövlət başçısı bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır: 

"Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür".

Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, Brüssel görüşü ilə bağlı etirazını bildirdi:

“Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Ermənistan, Avropa İttifaqı (Aİ) və ABŞ arasında üçtərəfli görüşün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq”.

Rusiya tərəfindən isə xarici işlər naziri Sergey Lavrov və Kremlin sözçüsü Dimitri Peskovun açıqlamaları Moskvanın da sözügedən görüşə etirazını nümayiş etdirdi.

Təkcə İrandan səs çıxmadı...

Adətən Qərbə düşmənçiliyi ilə seçilən ölkələrdən söz düşdükdə ilk ağıla gələnlərdən biri İran olur. Çünki bu ölkə uzun illərdir rəsmi qaydada Qərbə nifrətini ifadə edir. Yaxşı yadımızdadır, 44 günlük müharibədən bir il sonra, İran birdən-birə Azərbaycanı hədəf almağa başladı. Tehranın əlindəki əsas “fakt” isə Zəngilanda inşa olunan mal-qara ferması idi. İran mətbuatı dayanmadan fermanı “xarici ölkələrin bazası” kimi təqdim edir, Tehran mollaları bunu “qırmızı xətlərinin pozulması” kimi dəyərləndirirdi.

Amma məsələ Ermənistana gələndə İran nədənsə “qırmızı xətt”i unutdu. Tehran nə Aİ-nin “müşahidəçi missiya” adı ilə regiona göndərdiyi hərbi personala səs çıxardı, nə Fransanın Ermənistanı silahlandırmasına, nə də ABŞ-ın erməni ordusuna təlimlər keçməsinə.

Yenə də gözləmək olardı ki, İran heç olmasa 5 aprel görüşünə göz yummayacaq. Ən azı söz xətrinə belə olsa, bəyanat verib, etiraz edirmiş kimi görünəcək. Ancaq Tehran heç bunu da etmədi. Susmaq razılıq əlamətidir.

Cənub qonşumuz bir daha sübut etdi ki, “müsəlman qardaşlığı”, “Qərbə nifrət”, “qırmızı xətt” və s. hamısı sadəcə gözdən pərdə asmaq üçün uydurduqları anlayışlar imiş. 

Əslində, onlar əsl simalarını çoxdan nümayiş etdirmişdilər. Məsələn, məscidlərimizdə 30 il donuz saxlayan erməni işğalçılarına İran mollaları bir dəfə də olsun “gözün üstə qaşın var” demədi. Əksinə onlarla bir olub, Qarabağı talan etdilər. Bununla da kifayətlənməyib, hər fürsətdə Ermənistanı və Qarabağ separatçılarını silahlandırdılar.

Görünən qədərilə, İran Qərbin regiona gəlişindən daha çox, Azərbaycanın güclənməsindən narahat olur. Ona görə də, Qarabağ münaqişəsi bitməsinə baxmayaraq, yenə də İranın yük təyyarələri ilə Ermənistana silah daşınması haqda məlumatlar yayılır. İranın Azərbaycandakı səfirliyi isə buna da səs çıxarmır. Necə ki, Tehrandakılar Brüssel görüşünə səs çıxarmadılar...

Bəs İranın bu cür ikiüzlü siyasətinin arxasında nə dayanır?

Cavab bəllidir: İran Qərbin Yaxın Şərqdəki əsas və vacib müttəfiqidir. 40 ildən çoxdur ki, molla rejimi yalnız İslam coğrafiyasını parçalamaq üçün çalışıb. Hətta Fələstində ölən on minlərlə müsəlman üçün belə ancaq boş-boş təhdidlər səsləndirməklə kifayətlənib, başqa heç nə... Yəni Qərb Yaxın Şərqi parçalamaq və hökmranlıq etmək üçün İranın xidmətlərindən məmnuniyyətlə yararlanır. İran isə eyni məmnunluqla Qərbin oyuncağı olmağa davam edir.

Qərb-İran ortaqlığı iqtisadi müstəvidə daha çox özünü büruzə verir. Bütün sanksiyalara rəğmən İranın məhsullarını dünya bazarına çıxarmaqda ciddi maneə ilə üzləşməməsi, üstəlik hakim təbəqənin qohum-əqrəbasının məhz Qərb ölkələrində milyonlarla dəyəri olan mal-mülkə sahib olmaları ilə bağlı faktlar yetərincədir.

Ötən ay “Əl-Cəzirə”nin araşdırması isə daha maraqlı faktları üzə çıxardı. “ABŞ İranın neft satışlarına təsir edə bilmədi?” başlıqlı məqalədə qeyd olunub ki, İran rekord həcmdə qaz və neft ixrac edərək ABŞ sanksiyalarını neytrallaşdırıb.
“ABŞ-ın enerji daşıyıcılarının satışını qadağan etmək üçün tətbiq etdiyi sanksiyalar fonunda İran hökuməti bu sanksiyaları neytrallaşdırmağa nail olub. “Facts Global Energy” konsaltinq firmasının təqdim etdiyi gəmi izi və bazar təhlili məlumatlarına əsasən, ötən illə müqayisədə İranın LPG yanacağı ixracı 28 faiz artaraq 11 milyon tondan çox olub. Şirkət İranın LPG yanacağı ixracının bu il 12 milyon tonu keçəcəyini proqnozlaşdırıb”.

Görünən dağa nə bələdçi?!

Nəticə olaraq, 5 aprel görüşü ilə bağlı İranın “qırmızı xətlər”ini “yaşıllaşdırması” təəccüblü görünməməlidir. Tehran sadəcə olaraq, hər zaman olduğu kimi, güclü Azərbaycan fobiyasını və əsl simasını bir daha nümayiş etdirdi...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hündürmərtəbəli binada partlayış oldu - Sakinlər təxliyə edildi

Hündürmərtəbəli binada partlayış oldu - Sakinlər təxliyə edildi

Futbolçu azarkeşlərlə dava etdi - VİDEO

Futbolçu azarkeşlərlə dava etdi - VİDEO

Salyandakı qəzada xəsarət alan 7 nəfərin SON VƏZİYYƏTİ

Salyandakı qəzada xəsarət alan 7 nəfərin SON VƏZİYYƏTİ

Goranboyda maşın traktora ÇIRPILDI: Xəzarət alan var

Goranboyda maşın traktora ÇIRPILDI: Xəzarət alan var

Starmer Trampla Ukraynada atəşkəsə nail olmanın mümkün yollarını MÜZAKİRƏ EDİB

Starmer Trampla Ukraynada atəşkəsə nail olmanın mümkün yollarını MÜZAKİRƏ EDİB

Doğuş 14 il sonra “Survivor”da: “Oğullarıma söz vermişəm!” - VİDEO

Doğuş 14 il sonra “Survivor”da: “Oğullarıma söz vermişəm!” - VİDEO

Orbandan İDDİA: “Aİ-nin Ukraynaya qoşun göndərilməsinə dair sənədi mövcuddur”

Orbandan İDDİA: “Aİ-nin Ukraynaya qoşun göndərilməsinə dair sənədi mövcuddur”

"Oğluma demişəm, səhnədə ölsəm, konsertə davam edin" - VİDEO

"Oğluma demişəm, səhnədə ölsəm, konsertə davam edin" - VİDEO

Salyanda zəncirvari yol qəzası: Xəsarət alanlar var - FOTO

Salyanda zəncirvari yol qəzası: Xəsarət alanlar var - FOTO

Paşinyan özünün musiqi qrupunu YARATDI

Paşinyan özünün musiqi qrupunu YARATDI

"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq

"Mançester Siti" "Qalatasaray"la matça itkilərlə çıxacaq

Əhmədlidə yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO

Əhmədlidə yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO

Minneapolisdə SİLAHLI İNSİDENT: Sərhəd xidmətinin əməkdaşlarına atəş açıldı - VİDEO

Minneapolisdə SİLAHLI İNSİDENT: Sərhəd xidmətinin əməkdaşlarına atəş açıldı - VİDEO

İlqar Mirzəyevin nəvəsi doğuldu - FOTO

İlqar Mirzəyevin nəvəsi doğuldu - FOTO

"Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

"Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

"Bəzən alınmayanda alınmır, motivasiyanı qorumaq vacibdir" - Qurban Qurbanov

"Bəzən alınmayanda alınmır, motivasiyanı qorumaq vacibdir" - Qurban Qurbanov

Şirvanda 36 yaşlı şəxs BIÇAQLANDI

Şirvanda 36 yaşlı şəxs BIÇAQLANDI

Əfqanıstanda güclü qar səbəbindən 60-dan çox insan həlak olub - VİDEO

Əfqanıstanda güclü qar səbəbindən 60-dan çox insan həlak olub - VİDEO

Sumqayıtda XTQ veteranları ilə görüş keçirildi

Sumqayıtda XTQ veteranları ilə görüş keçirildi

Məsumə Babayevanın dəfn yeri AÇIQLANDI

Məsumə Babayevanın dəfn yeri AÇIQLANDI

Arda Gülerin "Real"dakı gələcəyi BİLİNDİ

Arda Gülerin "Real"dakı gələcəyi BİLİNDİ

6 avtomat, 25 tüfəng aşkarlandı - FOTO

6 avtomat, 25 tüfəng aşkarlandı - FOTO

Əbu-Dabi danışıqlarının üçüncü raundu BU TARİXDƏ keçiriləcək

Əbu-Dabi danışıqlarının üçüncü raundu BU TARİXDƏ keçiriləcək

İmişlidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

İmişlidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

End of content

No more pages to load

RADİO