XİN: Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün təxribatçı addımlardan çəkinməlidir

“Ermənistan tərəfinin son bir neçə gün ərzində müntəzəm şəkildə silahlı qüvvələrimizin bölmələrinə qarşı törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlar ilə bağlı bəyanatına dair şərhində qeyd edilib.
 

MÖVZU İLƏ BAĞLI:

MN: Dörd rayondakı mövqelərimiz ATƏŞƏ TUTULDU


Bildirilib ki, Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə, bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır:

“Belə ki, Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir.

Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır.

Ermənistandan fərqli olaraq isə Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun olaraq işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi.

Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir.

30 il ərzində məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə onları beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi manipulyasiyadır.

Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməlidir. Azərbaycan öz növbəsində, bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Eldar Əzizov Ramanada su basmış ərazilərdə: Tapşırıqlar verdi – FOTO

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Daha bir ölkə Azərbaycanda səfirlik AÇIR

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Amnistiya aktı 18 mindən çox şəxsə şamil edilib – RƏSMİ

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Putin və Paşinyan arasında görüş KEÇİRİLİR - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Əraqçi: “İran atəşkəsi qəbul etmir” - VİDEO

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Özbəkistanın Baş naziri Azərbaycanda SƏFƏRDƏDİR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

Məşhur türk serialı ilə bağlı gözlənilməz QƏRAR

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Qırğızıstanın Baş naziri Azərbaycana GƏLDİ

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Dostluğa ən çox dəyər verən bürclər

Dostluğa ən çox dəyər verən bürclər

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul etdi – FOTO

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Sabah bu ərazidə QAZ OLMAYACAQ

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Şəmkirdə faciəvi hadisə - Ana öldü, oğlu xəstəxanaya yerləşdirildi

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Sərnişin daşımalarında YENİ TƏLƏBLƏR – Kimlərə şamil OLUNACAQ?

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Neftin qiyməti 200 dollara çatacaq - İqtisadçının PROQNOZU

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

Toral Bayramov qızının 1 yaşına dəbdəbəli məclis qurur - ÖZƏL

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

İran ABŞ və İsraillə sülh üçün 4 şərtini açıqladı

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Bankaya bir saplaq atırsan, daş kimi yatırsan – Yuxusuzluqdan əziyyət çəkənlər üçün QIZIL TÖVSİYƏ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Fişinq hücumu ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Rusiya niderlandlı müxbiri ölkədən çıxaracaq - Zaxarova

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Britaniyanın Baş naziri: “İrana qarşı müharibəyə qoşulmayacağıq” – VİDEO

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

Millimiz FİFA reytinqində İRƏLİLƏDİ

End of content

No more pages to load

RADİO