Azərbaycan XİN Ermənistana cavab verdi - «Bu, milli müdafiədir»

"Azərbaycan Respublikasının Prezidenti hər zaman olduğu kimi, fikirlərini  kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir".

Bizim.Media-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Prezidentinin Ermənistana qarşı güc tətbiq etmək təhdidi ilə çıxış etdiyini iddia edən şərhi ilə bağlı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır" - XİN


O qeyd edib ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” - deyə vurğulayıb:

"Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.

Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb.
 

Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır.


10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

End of content

No more pages to load

RADİO