Mixail Neyzmakov: “5 aprel görüşünün məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır” – MÜSAHİBƏ

“Əgər qarşıdan gələn Brüssel danışıqlarını ABŞ və Aİ-nin Rusiyaya qarşı strategiyası kontekstində nəzərdən keçirsək, təbii ki, həm Vaşinqton, həm də Brüssel Moskvanın Cənubi Qafqazdakı təsirini məhdudlaşdırmaqda qərarlıdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Rusiya Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyzmakov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Neyzmakov: “Azərbaycan Rusiya və ABŞ-la əməkdaşlığı gücləndirəcək, Ermənistan isə...” – ÖZƏL 


Aprelin 5-də Brüsseldə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon Der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında reallaşacaq görüşü şərh edən analitik müzakirələrin əsas məqsədinin regionda sabitliyə zərbə olduğuna diqqət çəkib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Neyzmakov, 5 aprel görüşü barədə məlumatlısınız. Diqqət çəkən məqam isə görüşdən öncə iştirakçıların fərqli açıqlamalar verməsidir. Ermənistanın təhlükəsizliyi ilə bağlı zəmanət paktının imzalanması gözlənilən görüşü necə şərh edirsiz?

- Nəzərə almaq lazımdır ki, aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan danışıqların gündəliyi ilə bağlı indiyədək çox az konkret məlumat verilib. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sadəcə qeyd etdi ki, tədbirdə “Ermənistanın inkişafına kömək etmək üçün üçtərəfli əməkdaşlıq yolları” və “Ermənistanda sabitliyin artırılması” müzakirə olunacaq. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller hətta qarşıdan gələn danışıqların məzmunu ilə bağlı təfərrüatlara varmaq fikrində olmadığını bildirib. Lakin mətbuat ABŞ və Aİ-nin Ermənistana verə biləcəyi mümkün təhlükəsizlik təminatlarını aktiv şəkildə müzakirə edir. 

- Biz həmçinin NATO adından istifadə edən keçmiş baş katibin də açıqlamalarını gördük. Görüşdən öncə Ermənistana xüsusi dəstək tezislərinin arxasında nə dayanır?

- Bu yaxınlarda NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrup hesabatı təqdim etmişdi. İrəvana bu sahədə mümkün dəstək tədbirləri ilə bağlı tövsiyələrə dair - Avropa Sülh Fondundan Ermənistana hərbi-texniki yardım göstərmək üçün vəsaitin ayrılmasından tutmuş, Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) əməkdaşlarının birgə fəaliyyətinə qədər... Bunlar İrəvana dost olan şəxslərin tövsiyələridir.

- Görüş barədə detalların bu qədər gizli saxlanılmasına səbəb nə ola bilər?

- Rəsmilərin açıqlamalarında Brüssellə qarşıdakı görüşün gündəliyinə dair spesifikasiyaların minimuma endirilməsi bu məsələ ilə bağlı qapalı məsləhətləşmələrin davam etməsi anlamına gələ bilər. Üstəlik, çox güman ki, ABŞ və Aİ təkcə İrəvanla deyil, həm də Bakı və Ankara ilə belə qapalı məsləhətləşmələr aparır. NATO-nun baş katibi Yens Stoltenberqin Bakı və İrəvana səfərlərini əhatə edən mart turunu da bu mövzunun müzakirəsi ilə əlaqələndirmək olar. 

Onu da unutmayaq ki, ABŞ və Aİ-nin resursları hələ də məhduddur və təhlükəsizlik sahəsində Vaşinqton və Brüssel qarşılarına baha başa gələn məqsədlər qoyublar. Məsələn, Kiyevə dəstək verməklə bağlı. “Frontex”in Rusiya ilə Aİ arasındakı gərginliyi nəzərə alaraq, şərq sərhədlərini qorumaq üçün əlavə vəzifələri də var. 

Xüsusən, 2023-cü ilin sonunda bu agentliyin Rusiya ilə Finlandiya sərhədinə əlavə işçi qrupları göndərmək planlarını xatırlayaq. Yəni, aprelin 5-də Brüsseldə keçiriləcək görüşdən sonra elan oluna biləcək razılaşmaların əhəmiyyətli hissəsinin daha çox çərçivə xarakterli ola biləcəyi ehtimalı kifayət qədər yüksəkdir.

- Biz Qərbin və Avropa İttifaqının Rusiyaya qarşı münasibətlərindən xəbərdarıq. Əslində Qərb Ermənistan üçün deyil, məhz Rusiyaya qarşı addımların atıldığı müşahidə edilir. Bu fikirlərlə razısız?

- Əgər qarşıdan gələn Brüssel danışıqlarını ABŞ və Aİ-nin Rusiyaya qarşı strategiyası kontekstində nəzərdən keçirsək, təbii ki, həm Vaşinqton, həm də Brüssel Moskvanın Cənubi Qafqazdakı təsirini məhdudlaşdırmaqda qərarlıdır. Digər tərəfdən, Qərb oyunçuları Rusiya hərbi bazasının və rus sərhədçilərinin Ermənistandan çıxarılmasına nail olsalar belə, bu, Moskvanın, Rusiya-Ukrayna münaqişəsi çərçivəsindəki imkanlarına ciddi zərbə vurmayacaq. Bu, aparıcı Qərb oyunçularının Ukraynanı dəstəkləmək, NATO-nun şərq cinahını gücləndirmək və Moskvanın kanallarını daha da məhdudlaşdırmaq məqsədilə Rusiyanın cilovlanmasına daha çox üstünlük vermələrinin səbəblərindən biridir. 

- Əsas məsələlərdən biri də, sərhədlərini Rusiyanın qoruması, 102-ci hərbi bazanın mövcudluğu fonunda İrəvanın Kremlə qarşı atdığı addımlardır. Rus hərbi bazası Ermənistandan çıxarıla bilər?

- Belə bir şəraitdə Nikol Paşinyan hökuməti Moskvaya qarşı kifayət qədər soyuq ritorikasını davam etdirsə də, çox güman ki, Ermənistanda 102-ci Rusiya hərbi bazasının mövcudluğu faktorunu saxlayaraq, yaxın gələcəkdə Rusiya ilə radikal qırılmaya tələsməyəcək. Bu cür taktikanın təzahürlərindən biri də Ermənistan parlamentinin sədri Alen Simonyanın bu yaxınlarda Ankara ilə İrəvan arasında hipotetik münaqişə baş verəcəyi təqdirdə rus sərhədçilərinin fəal hərəkət edəcəyinə “böyük şübhələr” bildirməsidir. Hazırda isə Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çəkilmələri barədə heç bir söhbət yoxdur.

- Cənab Neyzmakov, zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

End of content

No more pages to load

RADİO