Türk Dövlətləri Təşkilatı (TDT) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 106-cı ildönümü ilə əlaqədar paylaşım edib.
Bizim.Media xəbər verir ki, paylaşım TDT-nin rəsmi “X” hesabında edilib.
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə azərbaycanlı qardaşlarımızla birlikdə bu faciəli hadisələrdə həyatını itirmiş bütün şəhidlərin xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik”, - deyə paylaşımda qeyd edilib.

Bizim.Media