Ukraynalı ictimai-siyasi xadim Volodimir Tsibulko Azərbaycana dəstəyini özünün sosial şəbəkə hesabında “Azərçay”ın şəklini paylaşmaqla bildirib.
“Həmrəyliyin çox əlaməti var! Siz azadlıq şərabını xatırlayırsınızmı? Bəs o zaman nə üçün həmrəylik çayı olmasın? Bu, marketinq deyil, bu sadəcə, həmrəylikdir! #Azərbaycan” – deyə o, qeyd edib.
Tsibulkonun bu paylaşımına görə həm azərbaycanlılar, həm də ukraynalılar müsbət rəylər yazıb, onunla həmrəy olduqlarını bildirərək, Ukrayna ilə Azərbaycan arasındakı isti münasibətləri vurğulayıblar.
“Ukrayna 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir...bizim dostluğumuz əbədidir, eşq olsun Ukraynaya!” – deyə həmyerlimiz Ali-İsa Dəmirov yazıb.
Bizim.Media