Avropada faşizm ideologiyası DİRÇƏLİR - Yaxınlaşan III Dünya FƏLAKƏTLƏRİ...

Dünyaya fəlakət, qırğın gətirən Adolf Hitler kimi faşistin doğumundan 132 il ötür. II Dünya savaşı bitdikdən, nasizm üzərində zəfər əldə olunduqdan sonra bəşəriyyət rahat nəfəs aldı ki, faşizm ideologiyası süquta uğrayıb. Lakin hazırda dünya siyasi arenasına nəzər yetirdikdə faşizm ünsürləri hələ də görünməkdədir.

Bizim.Media olaraq hazırda faşizm ideologiyasına uyğun siyasət yürüdən və bu qaniçən cərəyanın qabardığı ölkələri müəyyənləşdirmək üçün millət vəkili Elman Nəsirovla əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilərin “yenilməz ordu”su dovşan kimi qaçdı, əsgər ləyaqəti nə olan şeydir?” – Elman Nəsirov


Əvvəlcə deputat bildirdi ki, II Dünya müharibəsinə gətirib çıxaran faşizm ideologiyası və onun təbliğatçıları bəşəriyyətə çox böyük faciələr yaşatdılar:

“II Dünya müharibəsində 70 milyondan çox insan qətlə yetirildi. Həmin savaşdan keçən illər ərzində bir fikir formalaşmışdı ki, faşizm ideologiyası artıq tarixə atılıb və nasizmin dirçəlməsi üçün heç bir münbit şərait yoxdur. Belə düşüncələr var idi.

Amma hadisələrin gedişatı və təhlili göstərir ki, faşizm ideologiyası neonasizm formasında elə Avropanın özündə yayılmaqdadır. Təsəvvür edin ki, neofaşizm ideologiyasının daşıyıcıları özlərini Almaniyada indi də sərbəst aparırlar.


Almaniyada “Peqida” deyilən neofaşist gənclər təşkilatı formalaşıb və onların keçirdiyi yürüşlərə əvvəllər yüzlərlə insan cəmləşirdisə, hazırda “Peqida”nın bir aksiyasına 50-60 min gənc toplaşır. Şüarları isə anti-islam və türklərin əleyhinədir. “Türklər Almaniyadan rədd olsun” kimi ksenofob (qərəz, nifrət) lozunqlardır. 

Bütün bunlar XXI əsrdə baş verir. Yadınızdadırsa, 2015-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı “Rossiya 24” telekanalına müsahibə zamanı diqqətləri maraqlı bir məsələyə çəkdi. Mən deyərdim ki, bir həyəcan təbili çaldı. Dedi ki, bu gün bir çox Avropa ölkələrində sağ radikallar, neofaşist düşüncənin daşıyıcıları parlamentlərə seçilirlər. Bizə elə gəlir ki, faşizm daha yoxdur və o, tarixə gömülüb.

Onların dirçəlməsi üçün heç bir imkan olmayacaq, amma hazırda Avropa parlamentlərində neofaşistlər təmsil olunurlar. İddiaları isə hakimiyyətə gəlməkdir. 

Müəyyən vaxtdan sonra onlar hakimiyyətə gələrlərsə, dünyamızı hansı faciələr gözləyir? Bunu proqnozlaşdırmaq bu qədərmi çətindir? Gördüyünüz kimi, cənab Prezident bu bəlanın nə qədər yaxında və təhlükəli olduğunu söyləmişdi”. 

Elman Nəsirov vurğuladı ki, aprelin 20-i Hitlerin doğum günündə Almaniyada “Peqida”nın növbəti toplantı və yürüşləri də reallaşdırılır.

O, açıqlamasının ardında əlavə etdi ki, heç uzağa getməyək, qonşu Ermənistanda faşizm ideologiyası dövlət siyasətinə çevrilib:

“Hitlerin ən yaxın silahdaşlarından biri olan Qaregin Njdeyə İrəvanın mərkəzində 6 metr hündürlüyündə heykəl qoyulub. Ermənistanda faşizm qəhrəmanlaşdırılır. Sanki Almaniya “Peqida”sının Ermənistan şöbəsi yaradılıb”. 
 

Ermənilərin faşizm ideologiyasında olduğunu hamı bilir. Amma belə bir sual yaranır. Ruslarla fransızlar faşistlərə qarşı ən çox döyüşən və düşmən mövqedə olan millətlərdəndir. Bəs, Paris ilə Moskva Adolfun silahdaşı Njdenin heykəli olan İrəvana niyə havadarlıq edir? 


“Faşizmdən ən böyük zərbəni ruslar, fransızlar alıb. Fransa tamamilə faşistlərin işğalı altında idi. Parisdə faşist rejimini formalaşdırmışdılar. Həm Rusiya, həm də Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri kimi bu kontekstdə Ermənistanla daha ciddi mübarizə aparmalıydılar. İlk növbədə, Qareginin heykəli İrəvanda sökülməli, Ermənistanda faşizm ideologiyasının təbliğinin qarşısı alınmalıydı. Amma bunların heç birisi bu gün baş vermir”.

Millət vəkilinin sözlərinə görə, cəzasız qaldığını görən cinayətkar daha dəhşətli qanunsuzluqlar törətməkdə maraqlı olur. Avropa və digər qitələrə aid dövlətlərin buna susması isə ikili standartlarla bağlıdır:

“Necə ki, Əl-Qaidə və ASALA-nın timsalında pis terrorçu, yaxşı terrorçu yanaşması yaradıblar. Ermənilərin savaş uğursuzluqlarını ləyaqətli məğlubiyyət adlandıranlar da indi də yaxşı faşist, pis faşist müqayisəsini edirlər. Bu yanaşmaya görə Adolf Hitler pis faşistdir, amma Qaregin Njde yaxşıdır. XXI əsrdə dirçəlməyə başlayan faşizm ideologiyasına belə qalib gəlmək mümkün deyil”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

İspaniya millisinin sabiq üzvü “İnter Mayami”yə KEÇDİ

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Zelenskinin ABŞ, NATO və Avropa liderləri ilə görüşü KEÇİRİLİR - VİDEO

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Emin Əmrullayev: “Çantaların ağırlığı problemi var, lakin…”

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Pərvin Abıyeva: “Qadının puluna göz dikənə kişi kimi baxmıram” - VİDEO

Zakir Qaralova ağır itki üz verdi

Zakir Qaralova ağır itki üz verdi

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Tramp bu gün Zelenski və Avropa liderlərinə ZƏNG EDƏCƏK

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Yuri Vernidub: “Men sehrbaz deyiləm”

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

Ukraynada sülh üzrə danışıqlar üçün Berlində toplanan liderlərin FOTOLARI

“Gizir Xanı”ya şəhidlik statusu verildi

“Gizir Xanı”ya şəhidlik statusu verildi

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

Rusiyada Trampın şərəfinə spirtli içki İSTEHSAL EDİLƏCƏK

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

“Neftçi” – “Sumqayıt” oyunu da heç-heçə bitdi - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Tahir İmanovun adından dələduzluq - VİDEO

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Kansler Milad bayramında Rusiya ilə Ukrayna arasında “atəşkəs” elan etməyi TƏKLİF ETDİ

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Zədəli Çalhanoğlu, komandası üçün meydana çıxacaq

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Vüqar Əhməd necə saxlanılıb? - SƏS YAZISI

Türkiyə Qara dəniz üzərində PUA vurub

Türkiyə Qara dəniz üzərində PUA vurub

Bu legioner “Sabah”ı tərk edə bilər

Bu legioner “Sabah”ı tərk edə bilər

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət etdi - FOTO

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Aİ və ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi barədə razılığa gəldilər

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

Sumqayıtda 19 yaşlı qız dəm qazından boğularaq ölüb

“Azərreyl” qələbə qazandı

“Azərreyl” qələbə qazandı

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

Zaxarovadan İRAD: “Sikorski unutmamalıdır ki, Lenin olmasaydı, Polşa da olmazdı”

End of content

No more pages to load

RADİO