Lavrovdan Ermənistana diplomatik MÜHARİBƏ ELANI – Paşinyanı hansı cəza GÖZLƏYİR?

“Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır. Həmçinin KTMT-yə böhtan atır”. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Görünən odur ki, artıq Rusiya Ermənistanı açıq şəkildə təhdid etməyə başlayıb. Bunun əsl səbəbkarı isə Ermənistanın özüdür. Belə ki, bütün iqtisadiyyatı və təhlükəsizliyi Rusiyadan asılı olmasına baxmayaraq, İrəvan Kremldən üz çevirir. Bu isə Moskva tərəfindən xəyanət kimi dəyərləndirilir.

Rusiya Ermənistana diplomatik müharibə elan edir.

Maraqlıdır, Rusiya Ermənistandan aldığı zərbələrə baxmayaraq, münasibətləri qorumağa çalışacaq, yoxsa mövqelərini müdafiə etmək üçün digər vasitələrdən istifadə edib hücum planı həyata keçirə bilər?

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov bildirib ki, Rusiya hər iki istiqamətdə iş aparacaq:

“Çünki Ermənistanın Rusiyadan asılılığı çoxdur və bu asılılığı təşkil edən sahələrdə çalışan minlərlə insan var. Ticarət, investisiyalar, sərmayələr və s. Lavrov belə bəyanatlarla çalışır ki, həmin kütləni tərpətsin. Digər tərəfdən bu, Ermənistan hökumətinin praktiki addımlarından asılı olacaq. Praktiki addımlar atılacağı təqdirdə Rusiya da adekvat formada reaksiya verəcək”. 
“Rusiya Ermənistana belə cavab verəcək”

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövzuya belə yanaşıb:

“Rusiya Ermənistanla bağlı məsələlərə mövqe bildirəcək. Amma nəzərə almaq lazımdır ki, qlobal savaşda, Ukraynadakı çarpışmada, sanki dünya müharibəsi gedir, bəlkə də, belədir. Bu kontekstdə arxa cəbhədə Ermənistanın anti-Rusiya mövqeyi sözün əsl mənasında Rusiyada böyük hiddət doğurur və yeri gəlmişkən, Rusiya ona nə cür cavab verəcək sualına da Lavrov dolayısı ilə cavab verdi: 

- Birincisi, sərhəd xidmətini Rusiyanın sərhəd qoşunları həyata keçirir, buradan Ermənistanı təhlükə gözləyir, ikincisi, 102-ci hərbi bazada sərhədçilər var, bu, əlavə təhlükə ərz edir. 

- Digər tərəfdən İrəvan KTMT üzvüdür və təşkilatın digər ölkələrinin praktikası var ki, Ermənistana da müdaxilə etsin. Dördüncüsü, İrəvan Avrasiya İqtisadi Birliyinin üzvüdür və o cümlədən,  Ermənistanın böyük iqtisadi nəhəng layihələri və infrastrukturu rusların icarəsindədir.

- Başqa bir məsələ, iki ölkənin münasibətlərinin kontekstində gizlənmiş ABŞ-Fransa-İran əməkdaşlığı var.

- Deməli, ona görə biz həm də bunu proqnozlaşdırmalıyıq ki, ikinci cəbhənin açılması aprel ayının 5-də Ermənistanla Aİ və ABŞ arasında keçirilən görüşdə rəsmiləşmiş olacaq. Bundan sonra Rusiyanın sıraladığım təsir rıçaqlarını işə salması ilə yanaşı, regional təhlükəsizlik naminə Azərbaycan və Türkiyədən ciddi şəkildə əməkdaşlıq gözləməsin ehtiyac yaranır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

"Rüzgar"ı öldürən əmisi anlaqlı olmayıb? - MƏHKƏMƏ

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

Misirin Bənha Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldı – FOTO

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata KEÇİRİB

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

İran XİN: “Hazırda heç bir danışıq aparılmır” – VİDEO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Birinin saatı 59, o birinin 229 min manat... - FOTO

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

Aİ dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 1.4 milyard avro verəcək

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

"Qızıl top"un qalmaqallı qalibi hər gün şərab içir

Rusiya Ayda araşdırmalar aparacaq

Rusiya Ayda araşdırmalar aparacaq

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Tehran raket zərbələrindən sonra – FOTO/VİDEO

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Dünyanın ən böyük siyahıyaalınması başlayır

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Putin: "İlham Əliyevlə Paşinyanın səyləri sayəsində münasibətlər sabitləşdi" - VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Toral Bayramovun qızının ad günündən GÖRÜNTÜLƏR – VİDEO

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Tofiq Musayevin döyüşü tarixə DÜŞDÜ

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Bu şəhərdə 17 il sonra ilk dəfə uşaq dünyaya gəldi – FOTO

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

“WhatsApp”da profil rəngləri bunu göstərirmiş - Sizi blok edənlər, az danışdığınız və...

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Tramp İranla müharibə ilə bağlı xalqa müraciət EDƏCƏK

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Restoranda DAVA - Qadın müştəri həmcinsini yaraladı

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Azərbaycanda bu şəxslərin maaşları 35 faiz artacaq

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - Foto

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində qanunsuz tikinti aparılır – RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO