Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər - FOTO

Bu gün Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. 

Qeyd edilib ki, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, habelə regionda cari vəziyyət müzakirə olunub. 

C.Bayramov iki ölkə arasında mövcud münasibətlərin regional və beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıb. Bir sıra beynəlxalq platformalarda əməkdaşlığın perspektivləri ətrafında müzakirə aparılıb. 

Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində tərəfimizdən aparılan danışıqlar prosesi, habelə görülən hazırlıq işləri barədə məlumatlandırılıb. 

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh və quruculuq səylərindən bəhs edən nazir Ceyhun Bayramov, sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımların, o cümlədən regiondan uzaq yerləşən dövlətlərin öz birtərəfli mövqelərini bölgəyə proyeksiya etmək cəhdlərinin prosesə maneə törətdiyini bildirib. 

Bu istiqamətdə cari ilin 5 aprel tarixində keçiriləcək Aİ-Ermənistan-ABŞ müştərək konfransının bu cür qeyri-şəffaf və inklüziv olmayan mühitdə təşkili ilə bağlı ölkəmizin mövqeyinin, habelə bu kimi təşəbbüslərin revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara təşviq edə biləcəyi ilə bağlı narahatlıqlarımızın aydın şəkildə ifadə olunduğu vurğulanıb. 
Mövcud çətinlik və çağırışlara baxmayaraq, ölkəmizin regional sülh və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmində olduğu diqqətə çatdırılıb. 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2025-ci ilin 7 ən böyük TİBBİ NAİLİYYƏTİ

2025-ci ilin 7 ən böyük TİBBİ NAİLİYYƏTİ

Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

Göyçaydakı qəzada xəsarət alan şəxslərin kimliyi BİLİNDİ

Roberto Karlos ürəyindən əməliyyat olundu

Roberto Karlos ürəyindən əməliyyat olundu

İynə ilə arıqladığını etiraf etdi - VİDEO

İynə ilə arıqladığını etiraf etdi - VİDEO

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

Yaponiyada GÜCLÜ ZƏLZƏLƏ oldu

Göyçaydakı ağır qəzada xəsarət alan azyaşlı öldü

Göyçaydakı ağır qəzada xəsarət alan azyaşlı öldü

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq öldü

Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq öldü

Kartofdan hazırlanan ən təhlükəli YEMƏKLƏR - Onlar sağlamlıq üçün zərərlidir

Kartofdan hazırlanan ən təhlükəli YEMƏKLƏR - Onlar sağlamlıq üçün zərərlidir

Sabiq futbolçuya ərəblərdən təklif gəldi

Sabiq futbolçuya ərəblərdən təklif gəldi

Bakı bulvarında atəşfəşanlıq olacaq

Bakı bulvarında atəşfəşanlıq olacaq

Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları çatdırıldı - FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə bayram sovqatları çatdırıldı - FOTO

Bakıda güclü külək nəticəsində aşan ağacın fəsadları aradan qaldırıldı - FOTO

Bakıda güclü külək nəticəsində aşan ağacın fəsadları aradan qaldırıldı - FOTO

ABŞ İranla Venesuela arasında hərbi-texniki əməkdaşlığa qarşı sanksiya TƏTBİQ ETDİ

ABŞ İranla Venesuela arasında hərbi-texniki əməkdaşlığa qarşı sanksiya TƏTBİQ ETDİ

“Fənərbağça”da yeni prezident SEÇKİSİ

“Fənərbağça”da yeni prezident SEÇKİSİ

Məşhur musiqiçi avtomobili ilə restorana girdi – ANBAAN VİDEO

Məşhur musiqiçi avtomobili ilə restorana girdi – ANBAAN VİDEO

Daha bir ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN EDİLƏCƏK

Daha bir ölkədə uşaqların sosial şəbəkələrdən istifadəsi QADAĞAN EDİLƏCƏK

Bakıda küləyin aşırdığı ağac avtomobilin üzərinə düşdü – ANBAAN VİDEO

Bakıda küləyin aşırdığı ağac avtomobilin üzərinə düşdü – ANBAAN VİDEO

Əkiz nəvələri Elçibəyin məzarı başında – FOTO

Əkiz nəvələri Elçibəyin məzarı başında – FOTO

Ürəyi qorumağın QIZIL QAYDASI – Hər gün 15 dəqiqə buna vaxt ayırsanız...

Ürəyi qorumağın QIZIL QAYDASI – Hər gün 15 dəqiqə buna vaxt ayırsanız...

Siqaretlə bağlı dəyişiklik sabahdan QÜVVƏYƏ MİNİR – Qiymətlər YÜKSƏLƏCƏK

Siqaretlə bağlı dəyişiklik sabahdan QÜVVƏYƏ MİNİR – Qiymətlər YÜKSƏLƏCƏK

Yüksək maaş və hüzur bir arada: Yaşamaq üçün ən yaxşı ölkə seçildi

Yüksək maaş və hüzur bir arada: Yaşamaq üçün ən yaxşı ölkə seçildi

Paytaxtda Yeni il həyəcanı – FOTOREPORTAJ

Paytaxtda Yeni il həyəcanı – FOTOREPORTAJ

Göyçayda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Göyçayda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan dilində bayram təbriki – VİDEO

ABŞ-ın müvəqqəti işlər vəkilindən Azərbaycan dilində bayram təbriki – VİDEO

End of content

No more pages to load

RADİO