“Ermənistan tərəfi Azərbaycanı ittiham edir ki, Bakıda Hərbi Qənimətlər Parkının açılışını etmisən. Orada erməni əsgərlərin dəbilqələri nümayiş olunur. Bu, erməni hərbçisinin ləyaqətini təhqir etməkdir”.
Bu sözləri Bizim.Media ilə müsahibəsində millət vəkili Elman Nəsirov bildirdi.
Əlavə etdi ki, erməni əsgərlərinin ləyaqətini biz təhqir etməmişik:
“10 mindən çox hərbçiləri fərarilik edib. Onlardan soruşsunlar ki, əsgər ləyaqəti nə olan şeydir? Döyüşəndə də normal döyüşərdilər.
Onların “yenilməz ordusu” dovşan kimi qaçdı, heç silahlarını da özləri ilə aparmadılar. Azərbaycanın şanlı ordusunun qarşısında hər şeylərini qoyub qaçdılar”.
Anar Rəhimov, Bizim.Media