Gürcüstan rəsmisi eyni gündə Azərbaycan və Ermənistan səfirləri ilə niyə görüşdü? - PƏRDƏARXASI

“Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın eyni gündə həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşməsi diqqət çəkib. Mətbuatda yayınlanan açıqlamada göstərilir ki, Laşa Darsaliya Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib:

“Görüşdə bölgədəki vəziyyətə xüsusi diqqət ayrılıb, regionda sülh və sabitliyin önəmi vurğulanıb. Qeyd olunub ki, yeni reallıqları nəzərə almaqla region ölkələri sıx iş aparmalıdırlar”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanı Gürcüstanla birləşdirəcək yeni körpü - Pulu Avropadan alırlar - FOTO


Oxşar cümlələr Laşa Darsaliyanın Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla görüşündən sonra da yayımlanıb: “Görüşdə ölkələr arasında əməkdaşlıq və bölgədəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Facebook” hesabında qeyd edib. 

O xatırladıb ki, Gürcüstan prezidenti Salome Zurabişvili bir neçə gün əvvəl Tiflisdə erməni həmkarı Armen Sarkisyanla görüşmüşdü:

“Səfirlərlə eyni gündə keçirilən görüşlər Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyindən irəli gələ bilərmi? Gürcü diplomat səfirlər vasitəsilə Tiflisin təkliflərini Bakı və İrəvana göndəribmi? 

Salome Zurabişvili erməni həmkarıyla birgə bəyanatla çıxış edərkən bunu demişdi: “Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”.

O, həm də Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyinə bu cümləylə işarə etmişdi:

“Biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədə qalmaqda davam edir”. Gürcüstanın vasitəçiliyi Azərbaycan üçün faydalı ola bilərmi?

Əgər bu vasitəçilik Ermənistanı Azərbaycana qarşı gələcək təxribatlardan çəkindirəcəksə və regional əməkdaşlığı ön plana çəkəcəksə, Gürcüstanın vasitəçiliyi qəbul oluna bilər. Ancaq biz nəyi müşahidə edirik? Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib və Salome Zurabişvili bunu sükutla qarşılayıb, hətta sosial şəbəkədə paylaşmağa üstünlük verib”. 

Politoloq onu da əlavə edib ki, Azərbaycanla Ermənistan arasında Zəngəzur üzərindən kommunikasiya xətləri açılarsa, iqtisadi zəmində bundan Gürcüstanın elə bir uduşu olmayacaq:

“Gürcüstan illərdir Azərbaycan-Ermənistan gərginliyindən öz məqsədləri üçün istifadə edib, iqtisadi qazancını artırıb. İndi Tiflisin siyasətini qəfil dəyişəcəyini və Ermənistanla Azərbaycanı barışdırmaq üçün var gücüylə çalışacağını söyləmək çətindir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Altay Göyüşova hökm OXUNDU

Altay Göyüşova hökm OXUNDU

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

İrəvanda atışma: 1 ölü, 9 yaralı var – VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Rəqsanə əməkdar artistlə efirdə BARIŞDI - VİDEO

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bu ərazilərdə külək güclənəcək – XƏBƏRDARLIQ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Məhkəmə Əliyev qardaşlarının Moldovadakı limanla bağlı iddialarını RƏDD ETDİ

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Moskvadan Paşinyanın təklifinə SƏRT CAVAB

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Ali məktəblərə və kolleclərə sənəd qəbulu ilə bağlı RƏSMİ MƏLUMAT

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Prokuror 9 il 6 ay iş istədi - Məhkəmə bəraət verdi

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Azərbaycanda ötən il 35 mindən çox ev tikilib – CƏDVƏL

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

"İtimə səhər nehrə yağı ilə çörək verirəm” - VİDEO

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Xocalıda minaya düşən şəxsin SON DURUMU

Kimlər sığınacağa qəbul OLUNMUR?

Kimlər sığınacağa qəbul OLUNMUR?

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

Türkiyəni Sülh Şurasında o təmsil edəcək

"Neynirəm səni, pulunu GÖNDƏR"

"Neynirəm səni, pulunu GÖNDƏR"

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakı-Qəbələ-Bakı marşrutuna biletlərlə bağlı YENİLİK - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Bakıda bərbər müştərisinin təqaüdünü taladı: Başına polietilen torba keçirib... – ANBAAN VİDEO - FOTO

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Azad edilmiş ərazilərdə ötən il tikintiyə ayrılan vəsait - SİYAHI

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Həyat yoldaşına bu sözləri demək QANUNSUZ HƏRƏKƏT sayılacaq

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Diqqətlər Elvinlə Zubirdə – Axşamkı oyunda bunu edə bilsələr...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Sabiq deputat bacısı oğlunun HƏBSİNİ istəyir...

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Elmlər Akademiyası yaxınlığında “Kristal”ın mərkəzi satış ofisi açıldı!

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

Təranə Musaya ƏSƏBİLƏŞDİ: “Məndən icazəsiz..." - VİDEO

End of content

No more pages to load

RADİO